Bakı,
Azərbaycan
19/01/2026
-
02/02/2026
İş haqqında məlumat
- Şirkətin ümumi biznes strategiyasına uyğun olaraq İT strategiyasını formalaşdırmaq, inkişaf etdirmək və icrasını təmin etmək;
- Mövcud İT infrastrukturunun (serverlər, şəbəkə avadanlıqları, məlumat bazaları, əməliyyat sistemləri və proqram təminatları) idarə olunması və optimallaşdırılması;
- Yeni texnoloji həllərin araşdırılması, qiymətləndirilməsi və şirkətə inteqrasiyasını təmin etmək;
- İT layihələrinin (ERP, CRM, daxili sistemlər və s.) planlaşdırılması, icra olunması və nəticələrinin monitorinqini etmək;
- İT komandasının seçilməsi, idarə edilməsi, motivasiyası və peşəkar inkişafını təmin etmək;
- Məlumat təhlükəsizliyi üçün lazımi tədbirləri həyata keçirtmək və nəzarət etmək;
- Sistemlərin fasiləsiz, stabil və təhlükəsiz işləməsinin təmin etmək;
- Daxili istifadəçilərin İT ehtiyaclarının təhlili və operativ texniki dəstəyini təşkil etmək;
- Xarici İT təchizatçıları, podratçılar və texnologiya partnyorları ilə danışıqların aparılması və əməkdaşlığın idarə olunması;
- Lisenziyalaşdırma, avadanlıq və proqram təminatı satınalmalarına nəzarət etmək;
- İT üzrə daxili prosedur və standartların hazırlanması və yenilənməsini təmin etmək.
Təklif edirik:
- Peşəkar və mehriban kollektiv;
- Karyera inkişafı imkanı;
- İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Stabil rəqabətli əmək haqqı
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Füzuli Residence
- İş qrafiki: 5 gün (09:00 – 18:00)
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsnasında dəyərləndirməklə müəyyən olunacaq.
Tələblər
- Ali təhsil (İT, Kompüter elmləri və ya əlaqəli sahə üzrə);
- İT sahəsində minimum 3–5 il, rəhbər vəzifədə təcrübə üstünlükdür;
- Azərbaycan dili – səlis, İngilis dili – yaxşı səviyyədə (Rus dili üstünlükdür);
- Şəbəkə texnologiyaları, serverlər, bulud həlləri və informasiya təhlükəsizliyi üzrə biliklər;
- Layihə idarəetməsi üzrə təcrübə (Agile, Scrum, ITIL və s. üstünlükdür);
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Güclü liderlik və komanda idarəetmə qabiliyyəti.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.