İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi

İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi

İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi
Ə/h razılaşma ilə
5830
Tam iş günü
Bakı, Azərbaycan
13/02/2026 - 27/02/2026

İş haqqında məlumat

  • Struktur bölmələrdən daxil olan informasiya texnologiyaları üzrə texniki müraciətlərin qəbul edilməsi, təhlili və operativ icrasının təmin edilməsi;
  • Kompüter, serverə qoşulan istifadəçi avadanlıqları, ofis texnikası və periferik qurğuların quraşdırılması, sazlanması və texniki istismarına nəzarət;
  • Əməliyyat sistemlərinin (Windows) və tətbiqi proqram təminatının quraşdırılması, konfiqurasiyası və fasiləsiz işlək vəziyyətinin təmin edilməsi;
  • Lokal şəbəkə, internet bağlantıları və istifadəçi şəbəkə avadanlıqları üzrə ilkin texniki dəstəyin göstərilməsi;
  • Video-müşahidə (CCTV), kamera sistemləri, DVR/NVR qurğuları və zəif cərəyan sistemlərinin istismarına nəzarət, ilkin nasazlıqların aradan qaldırılması;
  • Elektron sənəd dövriyyəsi, daxili informasiya sistemləri və dövlət informasiya resursları üzrə istifadəçilərə texniki dəstəyin göstərilməsi;
  • İnformasiya texnologiyaları və zəif cərəyan avadanlıqlarının uçotunun aparılması, texniki vəziyyətinə nəzarət edilməsi;
  • İnformasiya təhlükəsizliyi tələblərinə, daxili normativ sənədlərə və texniki təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
  • Vəzifə səlahiyyətləri çərçivəsində rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə icra edilməsi.

İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi 


 

Tələblər

  • Ali təhsil (informasiya texnologiyaları, kompüter mühəndisliyi, elektronika və ya əlaqəli ixtisaslar üzrə);
  • İnformasiya texnologiyaları üzrə texniki dəstək sahəsində azı 2–3 il iş təcrübəsi;
  • Windows əməliyyat sistemi, MS Office və istifadəçi sistemləri üzrə peşəkar biliklər;
  • Lokal şəbəkə texnologiyaları (LAN, WAN, Wi-Fi) üzrə baza biliklər;
  • Video-müşahidə və zəif cərəyan sistemləri üzrə praktiki təcrübə (üstünlük hesab olunur);
  • İntensiv iş şəraitində səmərəli fəaliyyət göstərmək bacarığı;
  • Operativ və əsaslandırılmış qərar qəbul etmə qabiliyyəti;
  • Həm fərdi qaydada, həm də komanda tərkibində işləmək bacarığı;
  • Yüksək məsuliyyətlilik, intizam və nəticəyönümlü yanaşma.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.