Ibis Baku city

İnformasiya və texnologiya üzrə menecer (İT Manager)

Ibis Baku city
Ə/h razılaşma ilə
293
Tam iş günü
Bakı, Azərbaycan
07/10/2026 - 21/10/2026

İş haqqında məlumat

  • Hotelin bütün İT sistemlərinin, şəbəkə infrastrukturunun, proqram təminatlarının və İT avadanlıqlarının fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək;
  • Kompüter, printer, POS, telefon, server, şəbəkə avadanlıqları və digər İT sistemlərinin texniki vəziyyətinə nəzarət etmək;
  • Hotel əməkdaşlarının İT ilə bağlı müraciətlərinin vaxtında qəbul edilməsini və operativ şəkildə həll olunmasını təmin etmək;
  • Hotelin lokal şəbəkəsinin, internet bağlantısının, Wi-Fi sistemlərinin və digər kommunikasiya infrastrukturunun fasiləsiz fəaliyyətinə nəzarət etmək;
  • Serverlər, istifadəçi kompüterləri, şəbəkə avadanlıqları və digər sistemlərin idarə olunmasını və texniki xidmətini təşkil etmək;
  • Proqram təminatlarının quraşdırılması, yenilənməsi, lisenziyalarının idarə olunması və texniki problemlərinin aradan qaldırılmasını təmin etmək;
  • Hotelin istifadə etdiyi Opera proqramının, e-mail, təhlükəsizlik və digər İT sistemlərinin düzgün işləməsinə nəzarət etmək və yaranan problemlərin həllini koordinasiya etmək;
  • İstifadəçi hesablarının, giriş səlahiyyətlərinin, parolların və digər giriş hüquqlarının idarə edilməsini təşkil etmək;
  • Hotelin İT təhlükəsizliyi, məlumatların qorunması, ehtiyat nüsxələrin (backup) yaradılması və informasiya təhlükəsizliyi prosedurlarının tətbiqinə nəzarət etmək;
  • İT avadanlıqlarının inventar uçotunu aparmaq, texniki vəziyyətini və istifadə müddətini izləmək, zəruri hallarda yenilənməsi və dəyişdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
  • Hotelin İT infrastrukturunun müasir texnologiyalara uyğun inkişaf etdirilməsi və optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq.

Tələblər

  • İT sahəsində minimum 3–5 il iş təcrübəsi, rəhbər və ya İT Menecer vəzifəsində təcrübə üstünlükdür;
  • Hotel sektorunda İT sistemlərinin idarə olunması üzrə iş təcrübəsi üstünlükdür;
  • Opera proqramında peşəkar səviyyədə bilik və praktiki iş təcrübəsi mütləqdir;
  • İT infrastrukturu, kompüter avadanlıqları, serverlər və şəbəkə sistemləri üzrə yaxşı bilik;
  • Windows əməliyyat sistemləri, Microsoft 365/MS Office və sistem inzibatçılığı üzrə praktiki biliklər;
  • Server, backup və istifadəçi hesablarının idarə edilməsi üzrə təcrübə;
  • Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək (İngilis dili biliyi üstünlükdür) ;
  • Məsuliyyətli, operativ, analitik düşüncəli və nəticəyönümlü olmaq.

İş qrafiki:

  • Tam iş günü, 5 günlük iş həftəsi;
  • İş qrafiki: 09:00–18:00;
  • Nahar şirkət tərəfindən təmin olunur.