Bakı,
Azərbaycan
02/02/2026
-
16/02/2026
İş haqqında məlumat
- Dərslərdə texnologiya və innovativ tədris strategiyalarından istifadə etmək;
- Məktəbin tədris proqramına uyğun dərs planları hazırlamaq və dərsləri keçmək;
- Müsbət və inklüziv sinif mühiti yaratmaq;
- Şagird davranışlarını idarə edərək hörmət və əməkdaşlığı təşviq etmək;
- Məktəbin qayda və prosedurlarını tətbiq etmək;
- Şagirdlərin akademik inkişafını qiymətləndirmək;
- Şagirdlərə və valideynlərə vaxtında və konstruktiv rəy vermək;
- Şagirdlərin inkişafı ilə bağlı həmkarlar və valideynlərlə əməkdaşlıq etmək;
- Şöbə və ümumməktəb iclaslarında və təşəbbüslərində iştirak etmək.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi sənədləşmə;
- İş qrafiki: həftədə 5 gün, saat 08:00–17:00;
- 56 gün məzuniyyət;
- Övladlar üçün məktəb endirimləri;
- Təlim proqramları;
- Peşəkar inkişaf və karyera imkanları.
- Əməkdaşlar üçün pulsuz nahar təminatı
Tələblər
Təhsil və Təcrübə:
- Bakalavr dərəcəsi (mütləqdir);
- İngilis dili müəllimi kimi ən azı 1 il iş təcrübəsi;
- IELTS minimum 7 və ya B2 səviyyəsində təsdiqlənmiş dil biliyi;
- CELTA sertifikatı üstünlükdür;
- Beynəlxalq və ya ingilisdilli məktəblərdə iş təcrübəsi üstünlükdür;
- Cambridge kurikulumu və ana dili səviyyəsində İngilis dili tədrisi təcrübəsi üstünlükdür;
Bilik və Bacarıqlar:
- Fənn və kurikulum üzrə mükəmməl bilik;
- Yüksək səviyyəli ünsiyyət və interpersonal bacarıqlar;
- Zamanın effektiv idarə olunması bacarığı;
- Müsbət və motivasiyalı yanaşma;
- Tənqidi düşünmə bacarığı;
- Yaradıcılıq;
- Effektiv sinif idarəetməsi;
- Komanda ilə işləmək bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.