İş haqqında məlumat
Təhsil proqramları, sillabuslar, dərs planları, tədris materialları, qiymətləndirmə alətlərinin hazırlanması və (ya) təkmilləşdirilməsi prosesində iştirak;
– Müvafiq təhsil proqramlarına uyğun tədris fəaliyyətlərinin planlaşdırılması, hazırlanması və icrası;
– Müvafiq təlim nəticələrinə nail olmaq üçün müasir tədris metodologiya və texnologiyalarından istifadə;
– Tələbələrin nailiyyət və inkişafının qiymətləndirilməsi, konstruktiv rəyin verilməsi və onların fərdi tədris ehtiyaclarını qarşılamaq məqsədilə metodların uyğunlaşdırılması;
– Müvafiq sahə üzrə ən yaxşı təcrübələri izləmək üçün peşəkar inkişaf imkanlarından istifadə;
– Tələbələrin istirakçılığını təşviq edən və onların akademik, xarici dil bacarıqlarının inkişafını dəstəkləyən müsbət, inklüziv öyrənmə mühitinin təşkili;
– Mərkəzin digər fəaliyyətlərinin təşkilinə dəstəyin verilməsi.
İş şəraiti:
– İş qrafiki: Tam ştat vəzifədir. Auditoriya saatlarından kənar vaxtlarda isə müəllimlərin tədrisə hazırlıq işləri və onlara tapşırılan digər fəaliyyətlərlə məşğul olmaları gözlənilir.
– İş yeri: Xankəndi
– universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar.
Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Tələblər
Təhsil : müvafiq sahə üzrə magistr dərəcəsi (CELTA Pass A/Pass B və DELTA nəticəsi əldə etmiş namizədlər üçün bu tələb istisna edilə bilər);
– İş təcrübəsi : ingilis dilinin tədrisi üzrə minimum 2 il pedaqoji təcrübə (ali təhsil müəssisəsində olması üstünlükdür); CELTA (Pass A / Pass B) və ya DELTA sertifikatına malik olan
namizədlər üçün bu tələb tətbiq olunmaya bilər.
– Minimum C1 səviyyəsində ingilis dili biliyi (IELTS, TOEFL və s. Beynəlxalq dil sertifikatlarının olması üstünlükdür);
– Dil tədrisi üzrə sertifikatlardan (CELTA, DELTA, TEFL, TESOL və s.) birinə malik olması üstünlükdür;
– Dil proqramlarının hazırlanması və tədrisi üçün nəzərdə tutulan resursların formalaşdırılması ilə bağlı təcrübə;
– İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;
– Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
– Yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları;
– Tədqiqatçılıq bacarığı;
– Davamlı peşəkar inkişafa maraq.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.