Bakı,
Azərbaycan
28.07.2025 02:23
-
28.08.2025 12:00
İş haqqında məlumat
Alps Academy-də biz inanırıq ki, yaxşı müəllim sadəcə dərs keçmir, eyni zamanda ruhlandırır, yönləndirir və inkişaf etdirir. Əgər siz də tədrisə fərqli və yaradıcı yanaşma gətirə biləcəyinizi düşünürsünüzsə, o zaman komandamıza qoşula bilərsiniz.
Sizi nələr gözləyir?
- Müasir metodikaya əsaslanan dərslər keçmək və dərs planları hazırlamaq;
- Hər bir tələbənin inkişaf yolunu fərdi olaraq izləmək və dəstək olmaq;
- Tədris materiallarını dinamik şəkildə hazırlamaq və yeniləmək;
- Rahat və dost mühitdə işləmək – çünki biz bir-birimizi inkişaf etdirən komandayıq.
İş şəraiti:
- İş qrafiki: 5 gün, tam ştat;
- Əmək haqqı: Təcrübə və bacarıqlardan asılı olaraq müsahibə zamanı razılaşdırılacaq;
- Ünvan: Caspian Plaza, 77, Zivərbəy Əhmədbəyov 3, Bakı;
- Əlaqə nömrəsi: +994 50 787 57 66.
- Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Alps Academy-də müəllim sadəcə tədris edən deyil, dəyişiklik yaradan şəxsdir. Əgər siz də bu baxışla işləmək istəyirsinizsə, sizi tanımaqdan məmnun olarıq!
Tələblər
- İngilis dili, filologiya və ya əlaqəli sahə üzrə ali təhsilli (bakalavr/magistr);
- C1 və ya daha yüksək səviyyədə İngilis dili biliyi;
- Ümumi İngilis dili və SAT Verbal hazırlığında real təcrübəsi olan;
- Minimum 2 il pedaqoji təcrübəyə sahib;
- Fərqli yaş qrupları ilə işləməyi bacaran və buna uyğun metodlara sahib;
- İnkişaf yönümlü düşüncəyə malik, öyrənməyi və öyrətməyi sevən;
- IELTS, TOEFL, Cambridge kimi beynəlxalq sertifikatlara malik olanlara üstünlük veriləcək.