Bakı,
Azərbaycan
23/01/2026
-
06/02/2026
İş haqqında məlumat
Vakansiya həm ümumi ingilis dili (General English), həm də məktəblilər üçün hazırlıq proqramları üzrə tədrisi əhatə edir.
- 5–11-ci siniflər üzrə ingilis dili dərslərinin keçirilməsi;
- Şagirdlərin imtahanlara və qiymətləndirmələrə hazırlanması;
- Şagirdlərin bilik səviyyəsinin qiymətləndirilməsi və akademik hesabatların hazırlanması;
- Tədris materiallarının, test tapşırıqlarının və dərs planlarının hazırlanması;
- Şagirdlərin irəliləyişinə nəzarət və valideynlərə mütəmadi geribildirim;
- Hər bir şagirdə fərdi yanaşmanın tətbiqi;
- Tədris prosesində nizam-intizamın və motivasiyaedici mühitin qorunması.
İş şəraiti:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əməkdaşlıq;
- Rahat və müasir tədris mühiti;
- Çevik iş qrafiki (razılaşma əsasında);
- Stabil əməkhaqqı;
- Peşəkar və karyera inkişafı imkanları.
Tələblər
- Müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
- İngilis dilini yüksək səviyyədə bilmə (danışıq və yazı);
- Minimum 1 il pedaqoji təcrübə (tədris mərkəzlərində, məktəblərdə və ya fərdi şəkildə);
- Mövzuları aydın və strukturlaşdırılmış şəkildə izah etmək bacarığı;
- Qrup və fərdi şəkildə, əyani və onlayn formatda işləmək bacarığı;
- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmə bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.