Honours Academy

İngilis Dili Tədris Koordinatoru

Honours Academy
Ə/h razılaşma ilə
881
Tam iş günü
Bakı, Azərbaycan
20.10.2025 04:32 - 20.11.2025 12:00

İş haqqında məlumat

“Honours Academy” komandası “General English” proqramının tədrisini vahid standartlara uyğun şəkildə idarə edəcək və inkişaf etdirəcək İngilis Dili Tədris Koordinatoru axtarır. Bu vəzifə tələbələrlə və təlimçilərlə gündəlik koordinasiyanı təmin edərək tədris keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.

  • General English proqramı üzrə dərslərin vahid akademik idarəsini həyata keçirmək;
  • Tələbələrin ingilis dili bilik səviyyəsini placement test vasitəsilə ölçmək və uyğun qruplara yerləşdirmək;
  • Tədris proqramlarını və standartlarını tətbiq etmək, quiz, mid-term və final imtahanlarını təşkil etmək;
  • Conversation Club-u planlaşdırmaq, idarə etmək və aparmaq;
  • Qrupların cədvəllərini hazırlamaq və davamiyyətə nəzarət etmək;
  • Tələbələrlə gündəlik kommunikasiya aparmaq və rəy toplamaq;
  • Təlimçi ilə koordinasiya və tədris keyfiyyətinə nəzarət.

Təklif etdiyimiz imkanlar:

  • CEFR standartlarına uyğun beynəlxalq səviyyəli proqramın idarəsində iştirak;
  • Müasir və dinamik tədris mühitində çalışmaq;
  • Peşəkar inkişaf və yeni layihələrdə iştirak imkanı.

Müraciət qaydası:

CV-nizi və qısa motivasiya məktubunuzu Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində “İngilis Dili Tədris Koordinatoru” qeyd edin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

  • İngilis dili üzrə yüksək səviyyədə bilik (minimum B2);
  • Güclü idarəetmə və ünsiyyət bacarıqları;
  • Tədris və ya akademik proqramların idarə olunmasında təcrübə üstünlükdür;
  • Təşkilati və analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmək və tələbələrlə effektiv kommunikasiya aparmaq bacarığı.


Oxşar vakansiyalar