Evimizstore

İnnovasiya meneceri

Evimizstore
Ə/h razılaşma ilə
933
Tam iş günü
Bakı, Azərbaycan
30.09.2025 11:37 - 30.10.2025 12:00

İş haqqında məlumat

  • Pərakəndə ticarət sahəsində yeni texnologiya və trendləri izləmək, bazar araşdırmaları aparmaq;
  • Şirkətdə satışları artırmaq və müştəri məmnuniyyətini yüksəltmək üçün innovativ layihələr hazırlamaq və tətbiq etmək;
  • Satış proseslərinin, anbar və alış əməliyyatlarının avtomatlaşdırılması üzrə həllər təklif etmək;
  • CRM sistemlərinin tətbiqi və müştəri loyallıq proqramlarının inkişafına dəstək olmaq;
  • Rəqəmsal alətlərin (online-vitrin, çatbot, kassalar, mobil tətbiqlər) tətbiqini təşəbbüs etmək və idarə etmək;
  • Layihələrin icrasına nəzarət etmək, vaxtında və keyfiyyətli nəticələrin əldə olunmasını təmin etmək;
  • İnnnovativ həllərin effektivliyini qiymətləndirmək və rəhbərliyə hesabat təqdim etmək;
  • Təchizatçılar və tərəfdaşlarla danışıqlar aparmaq, əməkdaşlıq imkanlarını araşdırmaq;
  • İşçi heyətini yeni texnologiyalar üzrə maarifləndirmək və təlimlər təşkil etmək;
  • Əmək haqqı: Müsahibə əsasında (sabit maaş + motivasiyaedici bonus sistemi).

Şirkət təklif edir:

  • Rəqabətqabiliyyətli əmək haqqı;
  • İnnovativ mühitdə işləmək imkanı;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Karyera yüksəlişi perspektivləri;
  • Nahar şirkətin mətbəxi tərəfindən verilir.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərə bilərlər.

Tələblər

  • İnnovasiya layihələrinin idarə olunması sahəsində təcrübə (pərakəndə ticarət və ya e-commerce sahəsində üstünlükdür);
  • Rəqəmsal alətlər və proqram təminatları (CRM, ERP, marketinq platformaları, analitika) ilə işləmək bacarığı;
  • Layihələrin planlaşdırılması və idarə olunması bacarığı;
  • Analitik düşüncə və yaradıcı yanaşma;
  • Komanda ilə işləmək və danışıqlar aparmaq bacarığı.