Bakı,
Azərbaycan
31.07.2025 00:00
-
31.08.2025 00:00
İş haqqında məlumat
- Sifarişçi tərəfdən tikinti layihəsinin tam idarə olunmasını və nəzarətini həyata keçirmək.
- Layihə sənədlərinin (eskiz, işçi layihə, smeta və s.) hazırlanmasını, dövlət qurumlarında razılaşdırma və ekspertiza proseslərini təşkili və icrasını izləmək.
- Dövlət qurumları ilə (AzDTN, Tikintiyə Dövlət Nəzarəti Agentliyi, FHN, ETSN, DŞAK və s.) əlaqələrin qurulması, yazışmaların aparılması və texniki sənədlərin təqdimatını həyata keçirmək.
- Tikinti işlərinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına (xüsusilə AzDTN tələbləri, SNİP, AZS və digər standartlar) uyğunluğunu təmin etmək.
- Tikinti sahəsində görülən işlərin vaxta, keyfiyyətə və büdcəyə uyğun həyata keçirilməsinə nəzarət etmək və hesabatlar təqdim etmək.
- Subpodratçılar və podratçılarla işlərin əlaqələndirilməsi, müqavilə və texniki şərtlərə uyğun icra olunmasının təmin edilməsi.
- Tikinti prosesində yaranan texniki və təşkilati problemlərin operativ şəkildə həlli.
- İşin gedişi barədə gündəlik, həftəlik və aylıq texniki və maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması.
- Obyektin istismara qəbuluna qədər olan mərhələdə – texniki yoxlamalar, komissiyalar, qəbul aktları və istismara qəbul sənədlərinin hazırlanması proseslərini təşkil etmək.
- Tikinti materiallarının və texniki avadanlıqların layihəyə uyğunluğunu və sertifikatlı olmasını yoxlamaq;
- Bilik, bacarıq və mövcud təcrübəyə uyğun rəqabətqabiliyyətli əmək haqqı;
- Davamlı peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
- İş yerində gündəlik yemək təminatı;
- Aylıq mobil telefon istifadəsi üçün müavinət;
- Könüllü tibbi sığorta paketi;
- İş yeri: Bakı şəhəri.
- İş qrafiki: 5 günlük iş həftəsi.
Tələblər
- İnşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;
- AzDTN tələbləri, tikinti və şəhərsalma haqqında qanunvericilik, normativ sənədlər (SNİP, DBN, AZS və s.) haqqında ətraflı bilik;
- Layihələndirmə mərhələsindən obyektin istismara verilməsinə qədər bütün texniki prosedurları bilmək;
- Dövlət və bələdiyyə qurumlarında layihə sənədlərinin keçirilməsi və razılaşdırılması təcrübəsi;
- MS Project, Primavera, AutoCAD, ArchiCAD, MS Office və digər tikinti idarəetmə proqramlarında işləmək bacarığı;
- Güclü təşkilati və liderlik qabiliyyəti, sənəd dövriyyəsinin idarə olunması bilikləri;
- Azərbaycan dili – mükəmməl;
- İngilis və rus dillərini bilmək üstünlükdür (texniki sənədlərlə işləmə və beynəlxalq podratçılarla əlaqə üçün);
- Tikintiyə Dövlət Nəzarəti və digər dövlət qurumları ilə birbaşa iş təcrübəsi;
- AzPMİ və PMP layihə idarəçiliyi sertifikatlarının olması;
- Beynəlxalq layihələrdə və FIDIC əsaslı müqavilələrlə iş təcrübəsi.