Amina and S Group

İnşaat mühəndisi

Amina and S Group
Ə/h razılaşma ilə
1127
Tam iş günü
Bakı, Azərbaycan
23.06.2025 14:10 - 23.07.2025 12:00

İş haqqında məlumat

  • Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsinin təmin edilməsi; 
  • Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi; 
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması; 
  • Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi; 
  • Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi; 
  • Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılması
  • Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
  • Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi; 
  • Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı); 
  • Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını və onların anbarda yerləşdirilməsini, qeydə alınması, aparılmasını təşkil edir; 
  • Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərinin və texniki siyasətinin, tikintinin mühəndis hazırlığı səviyyəsinin daim artırılmasının, xərclərin ixtisarının, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasının və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi; 
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsinə nəzarət; 
  • Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi; 
  • Vəzifəsinin icrası ilə əlaqədar rəhbəri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək;
  • İş qrafiki: Həftədə 2 gün istirahət.

Tələblər

  • İnşaat, mülki-tikinti və ya müvafiq sahə üzrə ali təhsil;
  • Azərbaycan dili səlis, rus və ingilis dilləri arzuolunandır; 
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • MS Office (Word, Excell) Archicad, Autocad proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Layihənin iqtisadi göstəricilərinə və istifadə olunan resurslara nəzarət.
  • Ünsiyyət və komandada işləmək bacarıqları; 
  • Analitik düşünmə qabiliyyəti;
  • İşi planlamaq bacarığı;
  • Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.


Oxşar vakansiyalar