GSN

İnşaat Mühəndisi

GSN
Ə/h razılaşma ilə
795
Tam iş günü
Bakı, Azərbaycan
22.10.2025 10:53 - 22.11.2025 12:00

İş haqqında məlumat

  • İnşaat prosesinin təşkili və aparılması; İnşaat sahəsində bütün növ işlərin layihəyə, təhlükəsizlik qaydalarına, tikinti standardlarına, texniki spesifikasiyaya tam uyğun aparılmasına nəzarət etmək.
  • İnşaat işlərinin gedişatına, təşkilinə və keyfiyyətinə nəzarət etmək; gündəlik iş tərəqqisini nəzərdən keçirmək və hesabat hazırlamaqla rəhbərliyi məlumatlandırmaq; İnşaat işlərində və sahədə işçilərə olan tələbatı müəyyən etmək;
  • İşin yerinə yetirilməsində Risklərin Qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması.
  • Layihədə dəyişikliklər və ya hər hansı razılaşma, rəhbərliyin təlimatları barədə layihəçi-memarlarla, texniki nəzarətçilərlə, subpodratçılarla, təchizatçılarla müzakirələr aparmaq;
  • Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir. Subpodratçıların tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir. Subpodrat təşkilatlar üçün iş sahəsi hazırlayır, işlərinə nəzarət edir və onlardan görülmüş işin qəbul olunmasında iştirak edir;
  • İşlərin yerinə yetirilməsi məqsədi ilə tabelikdə olan struktur bölmələrə və ya işçilərə rəhbərlik edir;
  • Tikinti sahəsində olan zərərləri, hadisələri, gecikmələri araşdırmaq, koordinasiya etmək və bunlara qarşı düzgün tədbirlərin görülməsini təmin etmək;
  • Təhlükəsizlik və ətraf mühitin qorunması standartlarının tələblərinə əməl etmək, daxili əmək intizamı qaydalarını, əməyin təşkilinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl etmək.
  • Layihənin sahə işlərinə plan üzrə nəzarət və idarə olunması;
  • Sahədə görülən işlərin koordinasiyası;
  • Materialların hesabatına, sifariş olunmasına nəzarət;
  • Texniki və mühəndislik problemlərin həll olunması;
  • 6 günlük iş qrafiki;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Tələblər

  • İnşaat sahəsində Ali təhsil;
  • İnşaat Mühəndisi olaraq tikinti layihələrində ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı (yüksək mərtəbəli binalarının tikintisində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
  • Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılma qaydalarını bilməli (müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri bilən namizədlərə üstünlük veriləcək);
  • MS office AutoCAD, ArchiCAD proqramlarını əla səviyyədə bilməli (əlavə olaraq 3D Max, Corel Draw, Tekla proqramlarını bilən namizədlərə üstünlük veriləcək);
  • Azərbaycan və rus dilini əla səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük veriləcək);
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Analiz və idarəetmə bacarığı.