Capital Construction

İnşaat mühəndisi

Capital Construction
1700 - 2000 ₼
1785
Tam iş günü
Bakı, Azərbaycan
29.10.2025 04:59 - 29.11.2025 12:00

İş haqqında məlumat

  • Tikinti sahələrində işlərin layihə çertyojları, sənədləri, istehsalat planı və normativlərə uyğun təşkili;
  • Tikinti işlərinin texnoloji ardıcıllığa riayət olunmasına və işlərin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət;
  • Tikinti işlərinin tikinti normalarına, qaydalarına və normativlərinə riayət olunmasına nəzarət;
  • Metal konstruksiyaların quraşdırılması və montajı üzrə işlərin təşkili;
  • Sahədə metal konstruksiyaların quraşdırılmasının və birləşmələrinin keyfiyyətinin yoxlanılması;
  • Metal konstruksiyalar üzrə risklərin qiymətləndirilməsi və təhlükəsiz iş metodlarının tətbiqi;
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı şirkətlər tərəfindən görülən işlərin koordinasiyasının həyata keçirilməsi;
  • İnşaat işlərinin gedişatının, təşkilinin və keyfiyyətinin yoxlanılması; gündəlik iş tərəqqisi barədə hesabatların hazırlanmsı;
  • Görülmüş işlərin uçotunun aparılması və texniki sənədləşmənin hazırlanması;
  • Başa çatmış inşaat layihələrinin təhvil-təslimində iştirak edilməsi;
  • Materialların uçotuna və sifarişinə nəzarət.

İş şəraiti: 

  • İş yeri: Lökbatan qəs., Xacəsən yolu, 57 (Lökbatan dairəsinin yanı);
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 1700-2000 AZN;
  • Qidalanma: Şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “İnşaat mühəndisi” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Tələblər

  • Ali təhsil (inşaat mühəndisliyi);
  • Tikinti sahəsində ən azı 3-5 il iş təcrübəsi;
  • Tikinti normaları və standartları, texniki sənədləşmə qaydaları barədə biliklər;
  • Layihələrin icra və nəzarət prinsipləri üzrə təcrübə;
  • Metal konstruksiyaların layihələndirilməsi, montajı və yoxlanılması üzrə bilik və praktiki təcrübə
  • AutoCAD  və digər mühəndislik proqramlarında işləmə bacarığı;
  • Komandada koordinasiyalı işləmə qabiliyyəti.


Oxşar vakansiyalar