Bakı,
Azərbaycan
23/12/2025
-
06/01/2026
İş haqqında məlumat
Şirkət tərəfindən icra olunan, nəqliyyat infrastrukturu və yol tikintisi layihələri üzrə işlərin tətbiqi mərhələlərində iştirak etmək, proseslərə texniki nəzarəti təmin etmək və işlərin layihə sənədlərinə, normativ tələblərə uyğun icrasına nəzarət etmək.
- Layihə icrası zamanı texniki və təşkilati problemləri vaxtında müəyyən etmək, təhlil edərək müvafiq hesabatlar hazırlamaq,
- Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, texniki şərtnamələrə və təsdiq olunmuş iş qrafikinə uyğunluğuna nəzarət etmək,
- Konstruksiyaların layihələndirilməsi prosesində iştirak etmək,
- Layihə sənədlərinin hazırlanmasını təmin etmək,
- Tikinti materialları üzrə biliklərə malik olmaq və düzgün tətbiqinə nəzarət etmək,
- Layihə çərçivəsində tələb olunan texniki və icraedici sənədlərin hazırlanması, izlənməsi və əlaqədar qurumlarla koordinasiyasını təmin etmək,
- Texniki bölmələrlə sıx əməkdaşlıq edərək layihələrin müəyyən edilmiş müddətdə və keyfiyyət standartlarına uyğun tamamlanmasını təmin etmək,
- Layihə üzrə sənədləşmə və təqdimat materiallarının hazırlanmasına dəstək olmaq,
- Tikinti sahəsinin gündəlik fəaliyyətini təşkil etmək, işlərin fasiləsiz və düzgün icrasını təmin etmək,
- Layihə üzrə gündəlik və aylıq hesabatların hazırlanmasını həyata keçirmək,
- Tikinti işlərini düzgün ardıcıllıqla planlaşdırmaq, ölçmə, elektrik və mexaniki işlər üzrə qruplarla koordinasiyanı təmin etmək,
- Tikinti işlərində material və işçilik keyfiyyətinə nəzarət etmək, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək,
- Sahə işlərinin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilməsini təmin etmək,
- Şirkətə məxsus texniki avadanlıqların istismar və texniki baxış proseslərinə nəzarət etmək
Tələblər
- Müvafiq ixtisas üzrə ali təhsil,
- İrəli səviyyə ingilis dili biliyi,
- AutoCAD, SAP2000, StaSteel, Sta4Cad və Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı,
- Tələb olunan sahədə ən az 5 il iş təcrübəsi,
- Səyahət məhdudiyyətinin olmaması,
- Avtomobil idarəetmə bacarığı.
Əsas səriştələr
- Analitik düşünmə
- Effektiv ünsiyyət bacarıqları
- Planlama və təşkilatçılıq
- Nəticəyönümlülük
Maraqlanan namizədlər CV-lərini "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.