Bakı,
Azərbaycan
23/02/2026
-
09/03/2026
İş haqqında məlumat
- Sahədə Sifarişçi/Nəzarətçi ilə gündəlik koordinasiya, iclaslarda iştirak, razılaşdırılmış qərarların icrasına nəzarət
- Şirkətin sahə işçiləri/briqadaların işinin təşkili, tapşırıqların bölgüsü və icraya nəzarət
- Layihə sənədləri və çertyojlara əsasən işlərin icrasının yoxlanması; ölçülərin götürülməsi və görülmüş iş həcmlərinin təsdiqi
- Layihənin vaxt qrafikinə uyğun icrasına nəzarət; gecikmə risklərini müəyyən edib tədbir planı hazırlamaq və rəhbərliyə təqdim etmək
- Material planı və sərfiyyatı: material ehtiyacının planlanması üçün texniki ofisə məlumat ötürmək, sahədə materialların qəbul/yoxlanması, sərfiyyatın izlənməsi
- Texniki ofisə operativ məlumat axını: gündəlik/həftəlik progress məlumatı, foto-hesabatlar, ölçü cədvəlləri və icra qeydləri
- Sənədləşdirmə: iş jurnalları, icra aktları, yoxlama sənədləri, təhvil və “as-built” məlumatlarının toplanması və sistemləşdirilməsi
- Keyfiyyət və təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət (daxili prosedurlar/HSE ilə koordinasiya)
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı 2000–3000 AZN
Tələblər
- Ali təhsil: İnşaat mühəndisliyi (və ya uyğun sahə)
- Dil bilikləri: İngilis dili və rus dili yaxşı səviyyədə olması arzu olunandır.
- Minimum 3–4 il sahə təcrübəsi (tikinti icrası və komanda koordinasiyası)
- AutoCAD bilikləri (mütləq)
- Tikinti norma və standartları, iş ardıcıllığı və texnoloji proseslər üzrə güclü biliklər
- Layihə sənədlərinin və texniki rəsmlərin dəqiq oxunması və düzgün şərh olunması bacarığı
- Effektiv komanda idarəetməsi, yüksək məsuliyyət hissi və operativ qərarvermə bacarığı
- Sifarişçi ilə yazılı/şifahi kommunikasiya və sahədə problem həll etmə bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.