Bakı,
Azərbaycan
27/07/2026
-
10/08/2026
İş haqqında məlumat
"Premium Residence" dinamik komandasına, möhtəşəm "Sea Breeze" layihəsi çərçivəsində tikinti proseslərinin idarə edilməsi, texniki nəzarəti və layihələrin vaxtında, keyfiyyətlə təhvil verilməsini təmin edəcək təcrübəli İnşaat Mühəndisi dəvət edir!
- Tikinti sahəsində işlərin texniki layihə sənədlərinə, tikinti norma və qaydalarına (TNvQ) uyğun olaraq aparılmasına birbaşa rəhbərlik və nəzarət;
- Layihə-smeta sənədlərinin təhlil edilməsi, material tələbatının və görülən iş həcmlərinin dəqiq hesablanması;
- Tikinti sahəsində subpodratçı təşkilatların fəaliyyətinin koordinasiya edilməsi;
- İşlərin qrafikə uyğun getməsinə nəzarət və görülən işlər barədə rəhbərliyə gündəlik/həftəlik hesabatların hazırlanması;
- Tikinti sahəsində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasının təmin edilməsi.
Əsas məlumatlar:
- Ünvan: Bakı, Sea Breeze layihə sahəsi
- Əməkhaqqı: 1500 - 2500 AZN (Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq)
- İş qrafiki: Tam iş günü
Tələblər
- Yaş həddi: 30 - 50 yaş
- İnşaat mühəndisliyi sahəsi üzrə ali təhsil;
- İrimiqyaslı tikinti layihələrində (xüsusilə yaşayış kompleksləri və premium seqment layihələrdə) geniş iş təcrübəsi;
- Layihə çertyojlarını, sxemləri və texniki sənədləri mükəmməl oxumaq və təhlil etmək bacarığı;
- AutoCAD proqramından sərbəst istifadə (digər mühəndislik proqramları arzuolunandır);
- Güclü idarəetmə, təşkilatçılıq və problemləri operativ həll etmə qabiliyyəti.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun