Foton

İnşaat mühəndisi (Gəncə, Göygöl. Naftalan)

Foton
Ə/h razılaşma ilə
303
Tam iş günü
Bölgələr, Azərbaycan
09/06/2026 - 23/06/2026

İş haqqında məlumat

  • Təmir-tikinti layihələrinin idarə olunması;
  • Əmlakların istismara təhvil alınması;
  • Təmir sahələrində layihənin təhlükəsizliyinin və düzgünlüyünün təmin edilməsi;
  • Mühəndislik və texniki xidmət strukturunun və idarəetmə sisteminin təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi;
  • Tikintinin idarə olunması proseslərini təkmilləşdirmək və inkişaf etdirilməsi;
  • Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
  • Podradçı və subpodradçı təşkilat və briqadaların işlərinin əlaqələndirilməsi;
  • Tikinti sənədlərinin düzgün aparılmasına nəzarət;
  • Layihələrin iş planına, razılaşdırılmış müddətə və ayrılmış büdcəyə uyğun olaraq həyata keçirilməsinin təşkili;
  • Tikinti hesabatlarının və təqdimatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Tikinti üçün tələb olunan işçi heyətinin formalaşdırılmasının təşkili;
  • Əlavə işlərin və ehtimal büdcənin hesablanması, baxım planının hazırlanması;
  • Rəsmi qurumlarla əlaqələrin təmin edilməsi;
  • Profilaktik baxım proqramının hazırlanması və həyata keçirilməsi.

İş şəraiti:

  • İş rejimi: 5 günlük;
  • İş yeri: Gəncə-Göygöl-Naftalan;
  • İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.

Nə təklif edirik?

  • Könüllü tibbi siğorta; (ailə paketi);
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

Tələblər

  • Müvafiq və oxşar sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Yaxşı planlaşdırma və monitorinq bacarıqları;
  • Yüksək texniki biliklər;
  • AutoCAD, MS Office (Excel) və 1C proqramlarından üstün səviyyədə istifadəçi təcrübəsi;
  • Layihələrin idarə edilməsi təcrübəsi.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.