Xocavənd,
Azərbaycan
12/10/2026
-
26/10/2026
İş haqqında məlumat
“Hermes-S” MMC “İnşaat mühəndisi (Sahə mühəndisi)” vakansiyası elan edir
“Hermes-S” MMC tikinti layihələrinin texniki və təşkilati baxımdan düzgün icrasının təmin edilməsi məqsədilə İnşaat Mühəndisi vəzifəsinə peşəkar və məsuliyyətli namizədləri dəvət edir.
Vəzifə haqqında
- İnşaat Mühəndisi tikinti layihələrinin layihə, texniki və normativ tələblərə uyğun həyata keçirilməsinə, tikinti-quraşdırma işlərinin keyfiyyətinə və müəyyən edilmiş müddətlərdə icrasına nəzarəti həyata keçirəcək.
Əsas vəzifə və öhdəliklər
- Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə, işçi çertyojlar, texniki şərtlər və normativ sənədlərə uyğun icrasına nəzarət etmək;
- Tikinti proseslərinin texniki təşkilini və işlərin ardıcıllığını təmin etmək;
- Tikinti sahəsində aparılan işlərin keyfiyyətinə və texniki göstəricilərinə nəzarət etmək;
- Layihə və texniki sənədləri təhlil etmək və onların sahədə düzgün tətbiqini təmin etmək;
- Tikinti işlərinin müəyyən edilmiş iş qrafikinə uyğun icrasına nəzarət etmək;
- Tikinti materiallarının, konstruksiyaların və avadanlıqların layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;
- Görülmüş işlərin layihə sənədlərinə uyğunluğunu qiymətləndirmək;
- Görülən işlərin ölçülməsi, aktlaşdırılması və təhvil-təslim proseslərində iştirak etmək;
- Tikinti prosesində aşkar edilmiş texniki uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
- Subpodratçı təşkilatların və işçi briqadalarının fəaliyyətinin texniki baxımdan koordinasiyasında iştirak etmək;
- Tikinti işlərinin gedişatı ilə bağlı texniki hesabatların və digər sənədlərin hazırlanmasını təmin etmək;
- Tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- Rəhbərliyin tikinti layihəsi ilə bağlı verdiyi texniki tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Tələblər
- İnşaat mühəndisliyi üzrə ali təhsil;
- Tikinti sahəsində İnşaat Mühəndisi kimi 15 ildən artıq iş təcrübəsi;
- Yaş həddi: 50 yaşadək;
- Tikinti layihələrinin texniki təşkili və icrası üzrə geniş praktiki təcrübə;
- Tikinti-quraşdırma işlərinin layihə, işçi çertyojlar, texniki şərtlər və normativ tələblərə uyğun icrası üzrə biliklər;
- Tikinti işlərinin texnoloji ardıcıllığı və icra qaydaları üzrə praktiki biliklər;
- Layihə və texniki sənədlərin oxunması, təhlili və sahədə tətbiqi üzrə bacarıq;
- Tikinti norma, qayda və standartları üzrə geniş biliklər;
- Tikinti materialları, konstruksiyalar və avadanlıqlar üzrə praktiki biliklər;
- Tikinti-quraşdırma işlərinin keyfiyyətinə və texniki tələblərə uyğunluğuna nəzarət etmək bacarığı;
- Görülmüş işlərin həcmlərinin müəyyən edilməsi, ölçülməsi və aktlaşdırılması üzrə təcrübə;
- Tikinti işlərinin müəyyən edilmiş qrafikə uyğun icrasına nəzarət etmək bacarığı;
- Subpodratçı təşkilatların və işçi briqadalarının fəaliyyətinin texniki koordinasiyası üzrə təcrübə;
- Texniki sənədləşmə, icra sənədləri və hesabatların hazırlanması üzrə bacarıq;
- AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
- Tikinti sahəsində əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər;
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
- Yüksək məsuliyyət, intizam və təşkilatçılıq bacarığı;
- Komandada işləmək və effektiv kommunikasiya qurmaq bacarığı.
Üstünlük hesab olunur
- Böyükhəcmli və mürəkkəb tikinti layihələrində iş təcrübəsi;
- Mühəndis-texniki və ya rəhbər vəzifələrdə iş təcrübəsi;
- Müvafiq peşəkar sertifikatların olması;
- Podratçı və subpodratçı təşkilatlarla iş təcrübəsi;
- Tikinti layihələrinin texniki sənədləşdirilməsi və təhvil-təslim prosesləri üzrə təcrübə.
İş şəraiti
- İş günləri: Həftənin 6 günü;
- İş saatları: 09:00–18:00;
- İş yeri: Xocavənd rayonu
- Əmək haqqı: Namizədin peşəkar təcrübəsi, ixtisası, bilik və bacarıqları nəzərə alınmaqla müsahibə əsasında müəyyən ediləcək;
- Rəsmi əmək müqaviləsi;
- Peşəkar və işgüzar əmək mühiti;
- Uzunmüddətli əməkdaşlıq imkanları.
Portfolio tələbi
- Vakansiyaya müraciət edən namizədlərdən portfolio təqdim etmələri tələb olunur.
- Portfolio-da namizədin əvvəlki iş fəaliyyəti dövründə iştirak etdiyi tikinti layihələri, layihələrdəki rolu, məsuliyyət sahələri, həyata keçirdiyi əsas işlər və mümkün olduğu halda layihələrə dair foto və digər vizual materiallar əks olunmalıdır.
- Portfolio PDF formatında və ya digər elektron formada təqdim edilə bilər.
Qeyd: Portfolio təqdim etməyən namizədlərin müraciətləri nəzərdən keçirilməyə bilər.