BMY Caspian MMC

İnşaat Mühəndisi (Sahə / Site Engineer)

BMY Caspian MMC
1000 - 1200 ₼
3400
Tam iş günü
Bakı, Azərbaycan
11/02/2026 - 11/03/2026

İş haqqında məlumat

BMY Caspian inşaat sektorunda hidroizolyasiya, istilik/səs izolyasiyası, yanğına qarşı sistemlər, karbon-epoksid gücləndirmə və sənaye döşəmələri kimi həllərin tətbiqi üzrə fəaliyyət göstərir və müxtəlif kommersiya/infrastruktur layihələrində işlər icra edir.

Vəzifənin məqsədi

Layihələrin sahədə icrasını texniki sənədlərə uyğun təşkil etmək, sifarişçi ilə operativ koordinasiya aparmaq, sahə komandasını idarə etmək, texniki ofisə düzgün və vaxtında məlumat/sənədləşmə təqdim etməklə layihənin vaxt və material planına uyğun irəliləməsini təmin etmək.

  • Sahədə Sifarişçi/Nəzarətçi ilə gündəlik koordinasiya, iclaslarda iştirak, razılaşdırılmış qərarların icrasına nəzarət;
  • Şirkətin sahə işçiləri/briqadaların işinin təşkili, tapşırıqların bölgüsü və icraya nəzarət;
  • Layihə sənədləri və çertyojlara əsasən işlərin icrasının yoxlanması; ölçülərin götürülməsi və görülmüş iş həcmlərinin təsdiqi;
  • Layihənin vaxt qrafikinə uyğun icrasına nəzarət; gecikmə risklərini müəyyən edib tədbir planı hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Material planı və sərfiyyatı: material ehtiyacının planlanması üçün texniki ofisə məlumat ötürmək, sahədə materialların qəbul/yoxlanması, sərfiyyatın izlənməsi;
  • Texniki ofisə operativ məlumat axını: gündəlik/həftəlik progress məlumatı, foto-hesabatlar, ölçü cədvəlləri və icra qeydləri;
  • Sənədləşdirmə: iş jurnalları, icra aktları, yoxlama sənədləri, təhvil və “as-built” məlumatlarının toplanması və sistemləşdirilməsi;
  • Keyfiyyət və təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət (daxili prosedurlar/HSE ilə koordinasiya).

Biz nə təklif edirik:

  • Əmək haqqı: 1000–1200 AZN + Bonus; 
  • Yerli və beynəlxalq layihələrdə təcrübə və inkişaf etmə fürsəti;
  • Yuxarı səviyyə rəhbərliklə sıx əməkdaşlıq;
  • Rəqabətli əmək haqqı və nəticəyə əsaslanan inkişaf imkanları.



 

Tələblər

  • Ali təhsil: İnşaat mühəndisliyi (və ya uyğun sahə);
  • Dil bilikləri: İngilis dili və rus dili yaxşı səviyyədə olması arzu olunandır;
  • Minimum 3–4 il sahə təcrübəsi (tikinti icrası və komanda koordinasiyası);
  • AutoCAD bilikləri (mütləq);
  • Tikinti norma və standartları, iş ardıcıllığı və texnoloji proseslər üzrə güclü biliklər;
  • Layihə sənədlərinin və texniki rəsmlərin dəqiq oxunması və düzgün şərh olunması bacarığı;
  • Effektiv komanda idarəetməsi, yüksək məsuliyyət hissi və operativ qərarvermə bacarığı;
  • Sifarişçi ilə yazılı/şifahi kommunikasiya və sahədə problem həll etmə bacarığı.

Üstünlükdür

  • Revit / Civil 3D / Microsoft Project bilikləri;
  • Texniki ofis-sahə koordinasiyası, planlama və hesabatlılıqda sistemli yanaşma.

 

Müraciət qaydası

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnşaat Mühəndisi” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.


Oxşar vakansiyalar