Bakı,
Azərbaycan
06.08.2025 04:22
-
06.09.2025 12:00
İş haqqında məlumat
- Tikinti sahəsində təmir və tamamlama işlərinin təşkili və idarə olunması;
- Layihələrin təmir və interyer üzrə işçi planlarının təhlili və icrasına nəzarət;
- Təmir işlərinin texniki göstəricilərə və normativ sənədlərə uyğunluğunun təmin olunması;
- Tikinti sahəsində gündəlik monitorinq və texniki hesabatların hazırlanması;
- Təchizat, podratçılar və usta heyəti ilə işin koordinasiyası;
- Material sərfiyyatının və iş həcmlərinin hesablanması;
- Tikinti işlərinin vaxtında və keyfiyyətli icrasının təmin edilməsi;
- İşlərin layihəyə uyğun yerinə yetirilməsi üçün müəllif və texniki nəzarətlə əməkdaşlıq;
- Texniki sənədlərin, aktların və smeta sənədlərinin hazırlanmasında iştirak.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Tələblər
- İnşaat mühəndisliyi üzrə ali təhsil;
- Minimum 3 il təmir-tamamlama işləri üzrə sahə təcrübəsi (özəl yaşayış və kommersiya obyektləri üzrə təcrübə üstünlükdür);
- Tikinti işlərinin normativləri və texniki standartları barədə biliklər;
- MS Office, AutoCAD proqramlarında sərbəst işləmək bacarığı;
- Layihə oxuma və texniki detallar üzrə yüksək səviyyəli anlayış;
- Sahədə işçi heyətinə nəzarət və iş bölgüsü aparmaq bacarığı;
- Məsuliyyətli, detallara diqqətli və operativ işləmə qabiliyyəti;
- Güclü təşkilatçılıq və kommunikasiya bacarıqları.