Baku Bus

İnşaat mühəndisi (tikililər üzrə)

Baku Bus
Ə/h razılaşma ilə
1774
Tam iş günü
Bakı, Azərbaycan
31.07.2025 10:04 - 31.08.2025 12:00

İş haqqında məlumat

İş yeri: Bakı şəhəri

  • Tikinti layihələrinin texniki sənədlərinin (işçi layihə, eskiz, smeta və s.) təhlili və uyğunluğunun yoxlanılması;
  • Tikinti və yenidənqurma işlərinin layihəyə, tikinti norma və qaydalarına uyğun aparılmasına nəzarət etmək;
  • Tikinti sahəsində işin gedişatına texniki nəzarətin həyata keçirilməsi və uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görmək;
  • Texniki hesabatlar, aktlar və görülmüş işlərə dair qrafiklərin hazırlanması;
  • Tikinti materiallarının keyfiyyətinə və düzgün istifadəsinə nəzarət etmək;
  • Podratçı və subpodratçıların fəaliyyətini izləmək və texniki baxımdan qiymətləndirmək;
  • Tikinti sahəsində təhlükəsizlik qaydalarına və müvafiq qanunvericiliyə riayət olunmasının təmin edilməsi;
  • Layihələrin vaxtında və keyfiyyətlə təhvil verilməsi üçün mühəndis dəstəyi göstərmək;
  • Təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına tam şəkildə riayət etmək;
  • İş vaxtı: 5 günlük iş həftəsinə uyğun;
  • İş saatı: 09:00 – 18:00;
  • Peşəkar,mehriban komandada iş;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron poçt ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

Tələblər

  • Ali texniki təhsil (Sənaye və mülki tikinti, inşaat mühəndisliyi və ya əlaqəli sahələr üzrə);
  • Tikinti sahəsində ən azı 3 il mühəndis və ya texniki nəzarətçi vəzifəsində iş təcrübəsi;
  • Tikinti norma və qaydaları üzrə biliklər;
  • Tikinti proseslərinin texnologiyası və ardıcıllığı barədə məlumatlılıq;
  • Layihə sənədləri ilə işləmə bacarığı (çertyojlar, smetalar və s.);
  • AutoCAD, MS Project, Excel və digər müvafiq proqram təminatlarında sərbəst işləmə bacarığı;
  • İşə texniki nəzarət üzrə aktlaşdırma və hesabatların hazırlanması;
  • Texniki sənədlərlə işləmək bacarığı;
  • Yüksək məsuliyyət və  dəqiqlik;
  • Problemləri analiz edib operativ həll etmək bacarığı;
  • Komandada işləmək və nəticəyönümlü olmaq.