SOCAR DOWNSTREAM MANAGEMENT LLC

İnşaat üzrə usta

SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
613
Tam iş günü
Sumqayıt, Azərbaycan
16.09.2025 00:00 - 16.10.2025 00:00

İş haqqında məlumat

  • Günlük izolyasiya, taxtabənd və refraktor işlərini planlaşdırmaq, texniklərə tapşırmaq və iş bölgüsü aparmaq;
  • Təmir və tikinti işlərinin gündəlik, həftəlik və aylıq planlara uyğun təşkilini və vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
  • Layihə çertyojlarını, texniki şərtləri və standartları oxuyub işçi heyətinə izah etmək;
  • İstifadə olunan materialların düzgün seçilməsi və vaxtında təminatını təmin etmək;
  • İşlərin keyfiyyətinə, ölçülərin dəqiqliyinə və texniki tələblərə daim nəzarət etmək;
  • Mövcud izolyasiya və refraktor strukturlarının texniki vəziyyətini yoxlayıb təmir ehtiyaclarını müəyyənləşdirmək;
  • Təhlükəsizlik qaydalarına, iş icazə sisteminə və texniki təhlükəsizlik prosedurlarına ciddi əməl olunmasını təmin etmək;
  • İş sahəsində əməyin mühafizəsi, yanğın və sənaye təhlükəsizliyi tədbirlərinə rəhbərlik etmək;
  • Materialların və avadanlıqların düzgün saxlanmasına və istifadəsinə nəzarət etmək;
  • İşçi heyətinin texniki bacarıqlarının artırılması üçün təlim və instruktaşların təşkilində iştirak etmək;
  • Günlük iş hesabatlarını hazırlayıb rəhbərliyə təqdim etmək və problemli hallarda operativ qərarlar qəbul etmək;
  • Növbə dəyişimi zamanı işlərin vəziyyəti barədə məlumat ötürmək;
  • Tikinti işlərinin layihə və normativ sənədlərə uyğun həyata keçirilməsini təmin etmək;
  • SAP sistemi vasitəsilə işlərin bölüşdürülməsi, iş bildirişi və sifarişlərinin idarə olunmasına nəzarət etmək;
  • İş Sağlamlığı, Təhlükəsizlik və Ətraf Mühit qaydalarına riayət etmək, təcili çağırışlara cavab vermək və əməyin mühafizəsi tədbirlərini yerinə yetirmək.

Tələblər

  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsinə və dərin biliyə malik olmaq;
  • Yaxşı planlama və təşkilatçılıq bacarığı;
  • MS Office proqramları üzrə peşəkar biliklər;
  • Ünsiyyət və izah etmə bacarığı;
  • Komanda ilə effektiv işləmə bacarığı.