Honours Academy

İnsan İnkişafı və Uyğunluq Şöbəsinin Rəhbəri və Karyera Məsləhətçisi

Honours Academy
Ə/h razılaşma ilə
852
Tam iş günü
Bakı, Azərbaycan
10.06.2025 00:00 - 10.07.2025 00:00

İş haqqında məlumat

  • Tələbələrlə fərdi və məqsədyönlü karyera görüşləri keçirmək;
  • CV, LinkedIn, müsahibəyə hazırlıq və digər praktiki bacarıqlarla bağlı həm fərdi, həm də qrup dəstəyi təqdim etmək;
  • Tələbələrin təlim nəticələrinə əsasən onları uyğun iş imkanları ilə əlaqələndirmək və nəticələri izləmək;
  • Tələbələrin işlə təminatı üçün yeni şirkət partnyorları ilə əlaqə yaratmaq və əməkdaşlıqlar qurmaq;
  • B2B əsaslı əməkdaşlıqların təşkili, namizəd seçimlərinin əlaqələndirilməsi və partnyor məmnuniyyətinin izlənilməsi;
  • HDC komandasına (HR, təlim, tələbə əlaqələri və analitika) rəhbərlik etmək, iş bölgüsü və performans takibini həyata keçirmək;
  • Keyfiyyətə nəzarət mexanizmləri qurmaq və tələbə yönümlü xidmətlərin davamlı inkişafını təmin etmək;
  • Struktur planlamalar, fəaliyyət göstəriciləri və hesabatlarla bağlı rəhbərliklə sıx əlaqədə işləmək;
  • İstirahət günləri həftəiçi təyin edilir;
  • Dəyərlərə əsaslanan iş mühiti və sosial təsir imkanları;
  • Rəqabətli əməkhaqqı və nəticəyə əsaslanan bonuslar;
  • Komanda rəhbəri kimi peşəkar inkişaf fürsətləri;
  • Daxili təşəbbüslərə real təsir etmək imkanı.

Tələblər

  • Ali təhsil və rəhbərlik təcrübəsi (təhsil və ya HR sahəsində üstünlükdür);
  • Tələbə və ya müştəri yönümlü fəaliyyətlərdə minimum 3 il təcrübə;
  • Analitik və sistemli düşüncə tərzi;
  • İctimai çıxış və effektiv yazışma vərdişləri;

Əgər siz:

  • Tələbələrin inkişafına töhfə verməyi əhəmiyyətli hesab edirsinizsə;
  • B2B münasibətlər qurmaqda və idarə etməkdə təcrübəniz varsa;
  • Komanda idarəetməsi və strateji planlama sizə yad deyilsə;
  • Həm peşəkar, həm də şəxsiyyət baxımından ilhamverici bir lider olduğunuzu düşünürsünüzsə  …sizi komandamıza dəvət edirik.


Oxşar vakansiyalar