Azərpoçt

İnsan resursları

Azərpoçt
Ə/h razılaşma ilə
2046
Tam iş günü
Bakı, Azərbaycan
11.09.2025 04:23 - 11.10.2025 12:00

İş haqqında məlumat

  • Daxil olmuş vətəndaş müraciətlərinin ilkin təhlilinin aparılması, araşdırılması, onların cədvəl formasında toplanması və statistik hesabatların hazırlanması;
  • Şöbənin icraatına daxil olan müraciətlərin cavablandırılmasının təmin edilməsi məqsədilə Azərpoçtun aidiyyəti struktur bölmələrindən zəruri sənədlərin, o cümlədən hesabatların, arayışların və materialların tələb edilməsi və təqdim olunması;
  • Vətəndaş müraciətlərinin (sorğular, şikayətlər, təkliflər və s.) qanunvericiliklə müəyyən edilmiş müddətlərdə cavablandırılması;
  • Yarımillik və illik hesabatların hazırlanması zamanı müraciətlərin kateqoriyalar üzrə çeşidlənməsinin aparılması və təqdim olunması;
  • Vətəndaş müraciətləri ilə bağlı daxil olmuş ərizə, şikayət və təkliflərin icrası ilə bağlı tapşırıqların yerinə yetirilməsi;
  • Verilmiş tapşırıqları müvafiq qaydada icra etmək, görülən işlər barədə şöbə müdirinə hesabat vermək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun təqdimatların, statistik hesabatların və digər zəruri sənədlərin hazırlanması.

İş şəraiti:

  • İş yeri: Bakı ş, Səbail r-nu, Ü.Hacıbəyli 72;
  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ; 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Əmək haqqı müsahibə əsnasında.

Tələblər

  • Ali təhsil (Hüquqi sahə üzrə təhsil üstünlükdür);
  • İnsan resursları, kargüzarlıq və ya vətəndaş müraciətləri ilə iş sahəsində minimum 1 il iş təcrübəsi (dövlət orqanlarında təcrübə üstünlükdür);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini və “Vətəndaşların müraciətləri haqqında” Qanunu yaxşı səviyyədə bilmək;
  • Vətəndaş müraciətlərinin baxılması və cavablandırılması ilə bağlı normativ hüquqi tələbləri bilmək;
  • Azərbaycan dilində (səlis) yazılı və şifahi ünsiyyət bacarıqları, rəsmi yazışma üslubunda peşəkar səviyyə;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək.