hrin.az
Reklam
Zeytun Pharmaceuticals

İnsan Resursları Əməliyyatları Şöbəsinin Müdiri

Zeytun Pharmaceuticals

Əmək haqqı: Razılaşma

169317 noyabr 2026
Təcrübə5-10 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliOrta
İngilis diliOrta

İş haqqında

Vakansiya: İnsan Resursları Əməliyyatları Şöbəsinin Müdiri

Namizədlərə tələblər

  • Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya müvafiq sahələr üzrə);
  • İnsan resursları sahəsində minimum 5 il iş təcrübəsi;
  • HR proseslərinin optimallaşdırılması, daxili prosedurların hazırlanması və təkmilləşdirilməsi üzrə bilik və təcrübə;
  • MS Office və xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
  • Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı;
  • Komandanı idarəetmə, iş bölgüsü aparma və əməkdaşların inkişafını dəstəkləmə bacarığı;
  • Güclü ünsiyyət, danışıqların aparılması və münaqişələrin idarə edilməsi bacarığı;
  • Yüksək məsuliyyətlilik, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst, ingilis və ya rus dilində işlək səviyyədə ünsiyyət bacarığı.

Əsas vəzifə öhdəlikləri

  • İnsan resursları əməliyyatlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, normativ-hüquqi aktlara və şirkətin daxili qaydalarına uyğun idarə edilməsini təmin etmək;
  • İşə qəbul, vəzifə və əmək şəraitinin dəyişdirilməsi, habelə əmək müqaviləsinə xitam verilməsi proseslərinin rəsmiləşdirilməsinə və kadr sənədləşməsinə nəzarət etmək;
  • İş vaxtının uçotu, davamiyyət və məzuniyyət proseslərinin, eləcə də əməkhaqqının hesablanması üçün təqdim olunan ilkin məlumatların düzgünlüyünü təmin etmək;
  • İşçilərin müraciət və şikayətlərinin araşdırılmasını, əmək mübahisələrinin və münaqişələrin həllini, intizam tədbirlərinin müvafiq prosedurlara uyğun həyata keçirilməsini əlaqələndirmək;
  • ƏMAS və şirkətin daxili insan resursları sistemlərində işçi məlumatlarının dəqiqliyinə, aktuallığına və məxfiliyinə nəzarət etmək;
  • İnsan resursları prosedurlarının təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək, fəaliyyət göstəriciləri və əməliyyat riskləri üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
  • Şöbənin fəaliyyətini və komandanın işini idarə etmək, əmək münasibətləri və işçi məsələləri üzrə metodoloji və praktiki dəstək göstərmək;
  • Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, onların şirkətin HR proseslərinə təsirini qiymətləndirmək və müvafiq uyğunlaşma tədbirlərini həyata keçirmək.

İş şəraiti və üstünlüklər

  • İş yeri: BEGOC Biznes Mərkəzi (Bakı, Zərifə Əliyeva küç., 93);
  • Tibbi sığorta və nahar;
  • Peşəkar təlim və inkişaf imkanları;
  • KPI dəyərləndirməsi əsasında bonus.
Reklam