West Hospital

İnsan Resursları (HR) üzrə mütəxəssis

West Hospital
Ə/h razılaşma ilə
2157
Tam iş günü
Bakı, Azərbaycan
01.08.2025 10:39 - 01.09.2025 12:00

İş haqqında məlumat

  • ƏMAS və E-Gov sistemlərində əməliyyatların icra edilməsi;
  • Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçi qovluqlarının hazırlanması, əmək müqavilələrinintərtib edilməsi;
  • Məlumat bazasının mütəmadi yenilənməsi;
  • Arayış, xəstəlik vərəqələri və çıxarışların hazırlanması, qeydiyyatı;
  • Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların hazırlanaraq təqdim edilməsi;
  • Məzuniyyət təqviminin hazırlanması və onun monitorinqi;
  • Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması;
  • Rəhbərlik təfərindən vəzifə səlahiyyətləri çərçivəsində digər tapşırıqların icra edilməsi.

İş şəraiti

  • Həftənin tam iş günü;
  • Bazar qeyri iş günü;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına görə təyin ediləcək;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə.

Namizədlərdən şəkilli CV-lərini e-mailin mövzu hissəsində “HR” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd: Şəkilsiz CV-lərə baxılmayacaq.

Tələblər

  • Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
  • Müvafiq sahədə ən azı 3il peşəkar iş təcrübəsi;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi və əmək qanunvericiliyinin əsaslarını bilməli;
  • Etibarlı PC istifadəçisi (Word, Excel, E-poçt, HR sistemləri);
  • Azərbaycan dili yüksək səviyyədə, rus dili biliyi böyük üstünlükdür;
  • Analitik təhlil, güclü kommunikasiya və təqdimat bacarığı;
  • Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli, səlis və aydın nitq qabiliyyətinə malik olmalıdır.


Oxşar vakansiyalar