AZ İnşaat Holding

İnsan Resursları (HR) üzrə mütəxəssis

AZ İnşaat Holding
Ə/h razılaşma ilə
1276
Tam iş günü
Bakı, Azərbaycan
05/12/2025 - 12/12/2025

İş haqqında məlumat

  • Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
  • ƏMAS sistemində dəyişikliklərin olunması;
  • Əmək haqqı, Məzuniyyət, Son haqq-hesab, ezamiyyə, təzminat , əmək qabiliyyəti olmama vərəqələrinin hesablanması və ödənilməsi (müvafiq hesablara yüklənməsi) ;
  • Aylıq iş vaxtının uçot tabellərin hazırlanması;
  • Əməkhaqqı kartlarının sifarişinin verilməsi;
  • Əmək qanunvericiliyin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
  • İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların dövlət qurumlarına və rəhbərliyə təqdim edilməsi;
  • Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
  • DƏMX-dən və digər qurumlardan ünvanlanan sorğuların cavablandıırlması;
  • Vəzifə təlimatlarının yazılması.
  • Arayış, xəstəlik vərəqələri və çıxarışların hazırlanması, qeydiyyatı
  • Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların hazırlanaraq təqdim edilməsi
  • Rəhbərlik təfərindən vəzifə səlahiyyətlərinə uyğun digər tapşırıqların yerinə yetirilməsi

İş şərtləri:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi
  • İstirahət günü: Şənbə və Bazar günü.
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • İş yeri ünvanı: Bakı, Nərimanov rayonu Əhməd Rəcəbli  

Tələblər

  • Əlaqədar sahə üzrə bakalavr dərəcəsi
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi və əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
  • İnsan resurslarının idarə olunması, funksiyaları və prosedurları haqqında geniş biliyə sahib olmalı;
  • Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
  • MS Office proqramlarını sərbəst istifadə bacarığı;
  • İnsan resursları sahəsində azı 2 il iş təcrübəsi;
  • Məsuliyyətli, öyrənməyə həvəs və güclü təşkilatçılıq bacarığı.

Uyğun namizədlər "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.