Libera Karyera Mərkəzi

İnsan resursları şöbə müdiri (tikinti üzrə)-2606021037

Libera Karyera Mərkəzi
2500 - 3000 ₼
638
Tam iş günü
Bakı, Azərbaycan
02/06/2026 - 16/06/2026

İş haqqında məlumat

  • İnsan Resurslarına dair prosedurları hazırlanması və izlənməsi;
  • İR strategiyasının hazırlanmasıvə hayata keçirilməsi;
  • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işi təşkil edilməsi;
  • Kadr bazasının yaradılması və idarə edilməsi, işçilərin qeydiyyatının aparılması işini təşkil edilməsi;
  • İşə qəbul prosesində vakansiya və müsahibələri izlənilməsi;
  • İşçi heyətinə aid sənədləşmələrin daxili qaydalara və Azərbaycan Respublikasının Əmək Məcəlləsi qanunvericiliyin tələblərinə uyğun olmasını təmin etmək;
  • İşə qəbul, işdən azad edilmə, məzuniyyət, intizam tədbirləri, və s. proseslərinin  qanunvericiliyə uyğun rəsmiləşdirilməsinə nəzarəti;
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunmasını həyata keçirilməsi;
  • Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və yeni təkliflərin irəli sürülməsini təmin edilmısi;
  • Fəaliyyət sahəsi ilə bağlı hesabatların hazırlanması;
  • İşçilərin peşəkarlıq səviyyəsinin təlimlər vasitəsilə yüksəldilməsi üçün tədbirlər planının hazırlaması və icra edilməsi;
  • Əmək intizamı məsələlərində iştirak etmək (araşdırma işlərində iştirak etmək, izahatların alınması, aktların hazırlanması və s.);
  • Cəmiyyətdə sənəd, eləcə də elektron sənəd dövriyyəsinin qanunvericiliyin və şirkətdaxili təlimatların tələblərinə uyğun olaraq təşkilini həyata keçirmək;
  • Aylıq hesabatların hazırlanması və təqdim edilməsi.

İş şəraiti: 

  • İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
  • Əməkhaqqı: 2500-3000 AZN
  • İş yeri: Bakı şəhəri, şirkətə məxsus tikintilərin biri

Tələblər

  • Ali təhsil;
  • İR sahəsində ən azı 3 il, müvafiq vəzifədə azı 2 il iş təcrübəsi;
  • Tikinti sahəsində təcrübəsinin olması mütləqdir;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə güclü biliklər;
  • 1C proqram təminatında işləmək bacarığı;
  • MS Excel (pivot table, formullar və s.) bilikləri;
  • Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik;
  • Ünsiyyət qurma və yüksək təqdimat bacarığı olmalıdır;
  • Məxfilik prinsiplərinə riayət etmək;
  • Dil bilikləri üstünlük hesab edilir;
  • Yalnız bəy namizəd.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.