İnsan resursları şöbəsi – Mütəxəssis
Azerbaijan Energy Regulatory Agency
Ə/h razılaşma ilə
3434
Tam iş günü
Bakı,
Azərbaycan
05/01/2026
-
19/01/2026
İş haqqında məlumat
- Şöbənin Əsasnaməsinə əsasən müəyyən edilmiş vəzifələrin icrasını həyata keçirir;
- Əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Agentliyin kadr məsələlərinin rəsmiləşdirilməsini, o cümlədən vəzifəyə təyin, azad edilmə, bir iş yerindən başqasına keçirilmə, vəzifə artımı və s. üzrə aidiyyəti işləri yerinə yetirir;
- Şöbədə kargüzarlıq işlərini qanunvericiliyə uyğun aparır, işçilərin şəxsi işlərini formalaşdırır və aparır;
- İnsan resurslarının idarə edilməsi ilə bağlı normativ sənədlərin hazırlanmasında iştirak edir;
- Kadrların seçilməsi və düzgün yerləşdirilməsini təmin edir;
- Kadr axınını təhlil edir və tələbə uyğun potensial ehtiyat işçi bazası üçün məlumatları təqdim edir;
- Yeni əməkdaşlar üçün adaptasiya tədbirlərini həyata keçirir;
- Daxili intizam qaydalarına əməl edilməsinə nəzarət edir;
- Agentlikdə işçilərin əmək fəaliyyətinin və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinin keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir, tələb edilən materialları hazırlayır, qiymətləndirmə işinin təşkilində iştirak edir;
- Agentliyin fəaliyyət sahələrinə uyğun mütəxəssislərin inkişaf etdirilməsi və təlimi proqramları, işçilərin mükafatlandırılması və motivasiya tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir;
- İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir;
- Kadrlar üzrə hesabatları, iş vaxtının uçotu tabellərini tərtib edir;
- Agentliyin kadrlar üzrə aidiyyəti əmr və göstərişlərinin layihələrini əmək qanunvericiliyinə uyğun tərtib edir;
- Agentliyin insan resurslarının informasiya sisteminə (1С və s.) və elektron hökumət portalına kadr məlumatlarını, o cümlədən əmək müqavilələrinin rəsmiləşdirilməsi, uzadılması, onlara əlavə və dəyişikliklərin edilməsi, xitamı, işçilərin yerdəyişməsi və hərəkəti barədə məlumatları daxil edir, vaxtı-vaxtında qeydiyyatını aparır, sistemdən lazımi çıxarışların uçotunun aparılmasını və arxivləşdirilməsini həyata keçirir;
- Şöbənin qarşısına qoyulan vəzifələri yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədlərin alınması üçün müraciət edir;
- Şöbəyə daxil olan ərizə, müraciət, təklif və şikayətlərin araşdırılması və cavablandırılması işində iştirak edir;
- İşçilərin performans göstəricilərinin ölçülməsi və qiymətləndirilməsində prosesində iştirak edir;
- Şöbə müdiri tərəfindən verilən tapşırıq və vəzifələri icra edir;
- Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
- Şöbənin Əsasnaməsi ilə üzərinə düşən vəzifələrin icrası məqsədi ilə qanunvericiliklə qadağan edilməyən digər zəruri işləri yerinə yetirir.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Tələblər
- Ali təhsil (İnsan Resursları və Biznesin idarə olunması sahələri üzrə təhsil üstünlükdür) ;
- Müvafiq sahə üzrə 1- 3 il iş təcrübəsi;
- Yaş həddi 25-40 aralığı;
- MS Office proqramları və avtomatlaşdırılmış əməliyyat sistemlərində səriştəli iş təcrübəsi (1C (8.3 UPP) proqramı üzrə təcrübə arzuolunandır);
- Azərbaycan dilini səlis bilməli, rus və ingilis dilləri arzuolunandır;
- Kadr sənədləşməsinin aparılması (əmrlər, şəxsi işlər və s.);
- Adaptasiya, qiymətləndirmə və inkişaf proseslərinin təşkili üzrə təcrübə;
- Əməkhaqqı, məzuniyyət, ezamiyyə xərcləri və iş vaxtının uçotu üzrə əsas biliklər;
- Analitik düşünmə və hesabat hazırlamaq bacarığı;
- İşçilərin performans göstəricilərinin ölçülməsi və qiymətləndirilməsi üzrə iş təcrübəsi;
- Rəqəmlərlə işləmə bacarığı;
- Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
- Komandada işləmə bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.