IMA Energy

İnsan Resursları üzrə Aparıcı Mütəxəssis

IMA Energy
2000 - 2500 ₼
524
Tam iş günü
Ağdam, Azərbaycan
02/04/2026 - 16/04/2026

İş haqqında məlumat

  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq HR proseslərinin təşkili və icrası
  • İşə qəbul, əmək müqavilələrinin bağlanması, dəyişikliklər və xitam proseslərinin idarə olunması
  • İşçilərin gündəlik davamiyyətinə nəzarət və qeydiyyatının aparılması
  • Davamiyyət tabelinin hazırlanması və düzgünlüyünün təmin edilməsi
  • Əmək haqqı tabelinin hazırlanması və əmək haqqı hesablamalarına dəstək
  • Gündəlik və aylıq HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Sahədə çalışan işçilərlə operativ kommunikasiya və HR məsələlərinin yerində həlli
  • Kadr sənədləşməsinin düzgün və sistemli aparılması

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Əmək haqqı: 2000 – 2500 AZN
  • Yaşayış: Kamp şəraitində (şirkət tərəfindən təmin olunur)
  • Qidalanma: Şirkət tərəfindən təmin olunur

Layihə: Ağdam – Qərvənd layihəsi


 

Tələblər

  • HR sahəsində minimum 3 il iş təcrübəsi (sahə təcrübəsi üstünlükdür)
  • Əmək qanunvericiliyini yaxşı səviyyədə bilmək
  • 1C, Excel və HR sistemləri ilə işləmə bacarığı
  • Davamiyyət və əmək haqqı prosesləri üzrə praktiki bilik
  • Analitik düşünmə və məsuliyyətlilik
  • Sahə şəraitində işləmək bacarığı

Üstünlük verilən spesifik biliklər:

  • Tikinti və ya layihə əsaslı şirkətlərdə HR təcrübəsi
  • Sahə işçilərinin idarə olunması üzrə praktiki təcrübə
  • Turnike / face control / davamiyyət sistemləri ilə işləmə
  • Kütləvi işə qəbul və rotasiya proseslərinin idarəsi
  • Riskli iş şəraitində HR nəzarət mexanizmləri

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.