İnsan Resursları üzrə aparıcı mütəxəssis (kadr sənədləşməsi üzrə)
BSC Consulting & Outsourcing Company
Ə/h razılaşma ilə
572
Tam iş günü
Bakı,
Azərbaycan
07/05/2026
-
21/05/2026
İş haqqında məlumat
- Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
- Aylıq iş vaxtının uçot tabellərin hazırlanması və əmək haqqının hesablanması;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
- İşçi məlumatlarının 1 C proqram bazasına daxil edilməsi ;
- Əmək haqqı kartlarının sifarişinin verilməsi;
- Əmək qanunvericiliyin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
- Əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
- Məzuniyyət qrafikinin tərtib edilməsi ;
- İşçilərin əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi;
- İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;
- Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
- Xidmət göstərilən müəssisələrə əmək qanunvericiliyi ilə əlaqədar mütamadi olaraq müvafiq məsləhətlərin və izahatların verilməsi.
- DƏMX-dən və digər qurumlardan ünvanlanan sorğuların cavanlandıırlması;
- Vəzifə təlimatlarının yazılması;
Tələblər
- Təhsil - Ali təhsil
- Müvafiq vəzifə üzrə 3-5 il təcrübə;
- Azərbaycan Respublikası Əmək Məcəlləsini, əmək qanunvericiliyini əla səviyyədə bilməli
- Əmək haqqının hesablamasına dair qanunvericiliyin tələblərini bilməli;
- Dil bilgiləri - Azərbaycan dili əla, Rus və İngilis dili -arzu olunandır;
- Yaş həddi 25-40;
- MS Office (Word, Excel,Outlook-yaxşı);
- 1 C 8.3
- Məsuliyyətlilik;
- Effektiv ünsiyyət;
- Vaxtın idarə olunması;
- Problemi həlletmə;
- Çeviklik;
- Detallara xüsusi diqqətlilik;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.