Xaçmaz,
Azərbaycan
21/01/2026
-
04/02/2026
İş haqqında məlumat
- Personalın idarə olunması məlumatlarını SAP ERP sisteminin HR insan resursları məlumatları moduluna işləmək;
- Daxil olmuş icazə məktubları, ərizələr əsasında İdarənin nomenklaturasına aid olan peşə və vəzifələr üzrə “İşçi” ilə “İşəgötürən” arasında fərdi qaydada bağlanan əmək müqaviləsini (ona dəyişikliklərin) hazırlamaq və imzalanmasını təşkil etmək;
- İşçilərlə əmək müqaviləsi bağlanılarkən onların ilkin tibbi müayinədən keçməsini təşkil etmək, tibbi müayinədən keçən işçilərin sənədlərini şəxsi işlərinə əlavə etmək;
- Əmək müqavilələrinin (ona dəyişikliklərin) uçotunu aparmaq;
- Əmək müqavilələrinin bağlanması, ona dəyişikliklərin edilməsi, xitam verilməsi barədə əmrləri hazırlamaq;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, əmək kitabçalarının qəbulu, doldurulması, uçotunun aparılması və mühafizəsini təşkil etmək;
- Sahənin struktur bölmələri üzrə məzuniyyət qrafikini tərtib etmək;
- Təsdiq olunmuş qrafikə uyğun işçilərə əmək məzuniyyətlərinin verilməsi barədə əmrləri hazırlamaq, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət etmək, T-2 №-li şəxsi formada məzuniyyətlərin uçotunu aparmaq;
- İxtisas və attestasiya komissiyalarına lazım olan materialları hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək;
- İcrası tələb olunan rəhbərliyin tapşırıqları üzrə nəzarəti həyata keçirmək;
- İdarədə əmək qanunvericiliyinə və daxili intizam qaydalarına riayət edilməsinə nəzarət etmək;
- Hərbi mükəlləfiyyətlilərin qeydiyyatını, uçotunu və təxsislənmə işlərini aparmaq, hər ay hərbi komissarlığa hesabat və məlumat vermək;
- İşçilərin əmək stajını hesablamaq, onların əmək fəaliyyətləri haqqında arayışlar hazırlamaq;
- Təqaüd yaşına çatmış işçilərin sənədlərini hazırlamaq üçün arayışlar hazırlamaq;
- İnsan resursları işləri üzrə müəyyən olunmuş hesabatları tərtib edərək, müəyyən edilmiş müddətlərdə aidiyyəti üzrə təqdim edilməsini təmin etmək;
- Şöbənin İnsan resursları üzrə aparıcı mütəxəssisinə şöbənin işini istiqamətləndirmək və işçilərə metodiki rəhbərlik etmək;
- Əmək və icra intizamının pozulması faktlarına dair araşdırma aparmaqla, bu pozuntulara yol vermiş işçilərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbehi tədbirini görmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri üzrə “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni işdə rəhbər tutmaq.
Tələblər
- Ali təhsil / Müvafiq sahə üzrə
- İş təcrübəsi: 1 İl / Müvafiq sahə üzrə
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.