Bakı,
Azərbaycan
14/11/2025
-
14/12/2025
İş haqqında məlumat
- Vakansiyaların tələblərini düzgün müəyyənləşdirmək və elanların hazırlanmasını təmin etmək.
- Namizədlərin ilkin müsahibələrinin aparılması.
- Müraciətlərin qiymətləndirilməsi və siyahının hazırlanması və müsahibə prosesinin təşkilinə və yekun qərarların verilməsinə dəstək.
- Yeni işçilərin oriyentasiya proqramının təşkil edilməsi.
- Sınaq müddətinin monitorinqi və hesabatların hazırlanması.
- İşdə qalma (Stay) və İşdən çıxma (Exit) müsahibələri keçirilməsi və təhlili.
- İşçi məmnuniyyəti sorğularının keçirilməsi və təhlili.
- KPI-ların müəyyənləşdirilməsinə dəstək və performans qiymətləndirməsi prosesinin təşkili.
- İşçi inkişaf planlarının hazırlanmasına dair müasir yanaşmalı təkliflər irəli sürmək.
- Cəmiyyətin fəaliyyətini tənzimləyən prosedur, qayda, təlimat və standartların peşəkar şəkildə hazırlanması, sistemləşdirilməsi və sənədləşdirilməsi bacarığıdır.
- İşçilərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi və təlim planlarının hazırlanması və icrası.
- Əmək qanunvericiliyinin tələblərinə riayət olunmasının təmin edilməsi.
- Aparıcı mütəxəssəsin işinə metodiki rəhbərlik etmək.
Əlavə məlumat:
- İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək.
- İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri)
- Vakansiya növü: Tam ştat
- İş yeri: “Bakinity Distribution” MMC
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Təminatlar:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə.
- Korporativ telefon nömrəsi və danışıq paketi
- İşlə bağlı səfərlərdə nəqliyyat xərci qarşılanır.
- Push 30-dan endirim ilə yararlanmaq imkanı.
- Paşa Həyat “Həyatın Yaşam Sığortası”na qoşulmaq imkanı.
- İT sahəsində peşəkar inkişaf imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Ali təhsil.
- İnsan resursları sahəsi üzrə beynəlxalq sertifikatlara sahib olmaq (SHRM-CP, PHRi və ya bu sahədə beynəlxalq İR sertifikatları üstünlükdür).
- Ümumi İnsan resursları üzrə azı 5 illik iş təcrübəsi ,
- İT sahəsində azı 1 illik iş təcrübəsi ( arzuolunandır) .
- Microsoft Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.) ilə işləmə bacarığı.
- Azərbaycan dilində sərbəst danışmaq , oxumaq və yazmaq bacarığı , rus dilində yaxşı səviyyədə oxumaq və anlamaq bacarığı ( ingilis dili arzuolunandır).
- 1C və CRM proqram təminatlarında işləmə bacarığı.
- Komandada işləmək, işgüzar danışıqlar və yazışmaları aparmaq bacarığı.
- Analitik düşüncə tərzi, yüksək ünsiyyət və təqdimat bacarığı.
- Tech HR kompetensiyasının olması arzuolunandır.
Namizəd bilməlidir
- Təlim ehtiyaclarının müəyyən edilməsi prinsiplərini.
- Təlim və inkişaf prosesinin təşkili və idarə olunmasını.
- Vəzifə analizi (Job Analysis) metodlarını və tətbiq qaydalarını (Proqram təminatı, infrastruktur və texniki rolların strukturlaşdırılması üçün vəzifə analizi aparmaq).
- Vəzifə təlimatlarının hazırlanması və strukturlaşdırılması qaydalarını.
- Qayda, prosedur və siyasətlərin düzgün yazılması və formalaşdırılması prinsiplərini
- Əmək qanunvericiliyinin əsas tələblərini.
- Kadr idarəçiliyi üzrə sənədləşmə və İR (İnsan resursları) proseslərini .
- İT fəaliyyət sahəli Cəmiyyətdə komanda ilə işləmə və problemlərin operativ həll edilməsi bacarığı.
- Ünsiyyət və analitik düşünmə bacarığı.
- Struktur bölmə rəhbərinin tapşırıqlarının və göstərişlərinin icrasına nəzarət mexanizmlərinə riayət etmək.
- CRM və verilənlər bazaları ilə işləmə bacarığı.