Bakı,
Azərbaycan
07/01/2026
-
21/01/2026
İş haqqında məlumat
- Dəqiqlik və ardıcıllığı təmin etmək üçün müxtəlif mənbələrdən (məsələn, İRIS, əməkhaqqı sistemləri, təlim sistemləri) İR data-nın toplanması, təmizlənməsi, yoxlanılması və saxlanılması.
- İşçi sayı, kadr dövriyyəsi, işdə olmama halları (absenteizm), işə qəbul və müxtəliflik göstəriciləri kimi əsas İR metrikalarının izlənməsi üçün Microsoft Power BI və Excel vasitəsilə İR panellərinin və hesabatlarının hazırlanması və dəstəklənməsi.
- İşçi qüvvəsinin planlaşdırılması və İR qərarlarının qəbulunu dəstəkləyən trendlərin, qanunauyğunluqların və analitik nəticələrin müəyyən edilməsi üçün İR data-ın təhlili.
- Hesabat və analitika tələblərini anlamaq və onları aydın analitik nəticələrə çevirmək məqsədilə IR maraqlı tərəfləri ilə əməkdaşlıq.
- Aylıq, rüblük və illik hesabatlar daxil olmaqla, müntəzəm və ad-hoc IR hesabatlarının hazırlanmasına dəstək.
- IR hesabatlarında şəffaflığı və ardıcıllığı təmin etmək üçün məlumat anlayışlarının, metrikaların və hesabat məntiqinin sənədləşdirilməsi.
- Mümkün olduğu hallarda avtomatlaşdırma və standartlaşdırma vasitəsilə İR data proseslərinin və hesabat səmərəliliyinin artırılmasına dəstək.
- Daxili siyasətlərə və məlumatların qorunması üzrə tələblərə uyğun olaraq data-nın məxfiliyinin, bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi.
- Əməkdaşın işlədiyi dövr ilə bağlı analitika və data təqdim etməklə İR layihələrinin dəstəklənməsi.
- İR təşəbbüslərini və proqramlarını dəstəkləmək üçün əsas data modelləşdirilməsi və trend təhlilinin aparılması.
- Data problemlərinin həlli və İR sistemləri arasında inteqrasiyanın yaxşılaşdırılması üçün İT komandası və ya sistem sahibləri ilə əməkdaşlıq.
- Müxtəlif mənbələr arasında data keyfiyyətinin yoxlanılması və uyğunsuzluqların uzlaşdırılması.
- İR rəhbərliyinə və maraqlı tərəflərə nəticələri təqdim etmək üçün aydın xülasələrin və vizuallaşdırmaların hazırlanması.
- İR analitikası üzrə ən yaxşı təcrübələr və hesabat metodologiyaları haqqında biliklərin daim yenilənməsi.
- Zərurət olduqda İR istifadəçilərinə standart hesabatlar və panellər üzrə məsləhətlərin verilməsi və əsas təlimlərin keçirilməsi.
Tələblər
- Data-ın təhlili, hesabatlılıq və ya analitika sahəsində təsdiqlənmiş iş təcrübəsi, üstünlük İR analitikası sahəsinə verilir.
- Microsoft Excel (pivot cədvəllər, formullar, data-nın yoxlanılması) və Power BI üzrə güclü biliklər.
- Böyük həcmli data-rı təhlil etmək və onları biznes və İR üçün dəyərli analitik nəticələrə çevirmək bacarığı.
- İngilis dilində yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları, məlumatları aydın və yığcam şəkildə təqdim etmə qabiliyyəti.
- Detallara yüksək diqqət və məlumatların dəqiqliyi və keyfiyyətinə sadiqlik.
- Müvafiq sahə üzrə bakalavr dərəcəsi.
- Bir neçə hesabat sorğusunu və prioritetləri strukturlaşdırılmış və təşkilatlanmış şəkildə idarə etmək bacarığı.
Arzuolunan bacarıqlar:
- İR sistemləri (İRIS, ATS, LMS və ya əməkhaqqı sistemləri) ilə iş təcrübəsi.
- Data-ın avtomatlaşdırılması və ya inteqrasiyası üzrə əsas biliklər (məsələn, Power Automate və ya sadə data bağlantıları).
- İR metrikaları, KPI anlayışları ilə tanışlıq.
- İR ilə bağlı məlumatların məxfiliyi və uyğunluq tələbləri haqqında anlayış.
- Kross-funksional və ya korporativ İR mühitində iş təcrübəsi.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.