Azerbaijan United Carriers

İnsan Resursları üzrə Kiçik Mütəxəssis

Azerbaijan United Carriers
637 ₼
1719
Tam iş günü
Bakı, Azərbaycan
16.09.2025 04:56 - 16.10.2025 12:00

İş haqqında məlumat

  • Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin
    hazırlanması, emal edilməsi və arxivləşdirilməsi; 
  • İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi;
  • İstifadə olunmuş saatlıq icazələrin matrisasının hazırlanması;
  • Yeni işçilərin qeydiyyat prosesinin icra edilməsi (sənədlərin yığılması, müqavilələrin imzaladılması, sistemdə qeydiyyatın aparılması, şirkətin daxili qaydaları ilə bağlı təlimatların verilməsi); 
  • İmtiyaz və təminatların verilməsi üçün müraciətin olunması;
  • Yeni gələn namizədlərin ofislə tanış edilməsi və rəhbərlik ilə görüşdürülməsi;
  • İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, sistemdə və dövlət portalında müvafiq qeydlərin aparılması);
  • Digər strukturlardan daxil olan İR ilə bağlı sorğuların cavablandırılması;
  • Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və qeydiyyatının aparılması;
  • Müvafiq hesabatların rəhbərliyə təqdim olunması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

İş şərtlərimiz:

  • Əmək haqqı: 637 AZN NET;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz (Xırdalan, Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı);
  • Servis xidməti (20 Yanvar, Gənclik, Sumqayıt).

Müraciət üçün:

Linkə keçid edərək https://careers.ram.az/?vacancy=1901&source=UC_HBS8ZI və ya “İnsan Resursları üzrə Kiçik Mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz. 

Tələblər

  • Təhsil: Ali;     
  • İş təcrübəsi: müvafiq sahədə 1 ilədək;     
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə biliklər;
  • İR əməliyyatları sahəsində bilik və təcrübə.


Oxşar vakansiyalar