Samadov Law & Audit

İnsan resursları üzrə kiçik mütəxəssis

Samadov Law & Audit
Ə/h razılaşma ilə
319
Tam iş günü
Bakı, Azərbaycan
24/07/2026 - 07/08/2026

İş haqqında məlumat

  • Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
  • Əmək qanunvericiliyin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması; 
  • Məzuniyyət qrafikinin tərtib edilməsi və işçilərin əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi; 
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;

İş şəraiti: 

  • Azərbaycan Respublikası əmək məcəlləsinə əsasən sənədləşmə; 
  • İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 09:00 - 18:00;

İş yeri ünvanı: Cəfər Cabbarlı 44, Caspian Plaza 

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən qiymətləndirmə aparılır.


 

Tələblər

  • İnsan resursları üzrə 6-12 ay iş təcrübəsi;
  • MS Office proqramlarından istifadə etmək bacarığı;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər;
  • İngilis dilini bilməsi arzuolunandır; 
  • Komandada işləmək bacarığı;
  • Ali təhsil;
  • Yaş həddi: 21 - 25;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun