İnsan resursları üzrə kiçik mütəxəssis / mütəxəssis
Grand Motors MMC
Ə/h razılaşma ilə
902
Tam iş günü
Bakı,
Azərbaycan
28/04/2026
-
12/05/2026
İş haqqında məlumat
- Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin hazırlanması, emal edilməsi və arxivləşdirilməsi;
- İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi;
- İstifadə olunmuş saatlıq icazələrin matrisasının hazırlanması;
- Yeni işçilərin qeydiyyat prosesinin icra edilməsi (İmtiyaz və təminatların verilməsi üçün müraciətin olunması, şirkətin daxili qaydaları ilə bağlı təlimatların verilməsi, onboardinglərin aparılması);
- İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, sistemdə və dövlət portalında müvafiq qeydlərin aparılması);
- Digər strukturlardan və əmək müfəttişliyindəndən daxil olan İR-ı ilə bağlı sorğularının cavablandırılması;
- Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və qeydiyyatının aparılması;
- Hesabatların rəhbərliyə təqdim olunması;
- Rəhbərliyin verdiyi digər işlərin yerinə yetirilməsi;
- Əməkdaşlar arasında baş vermiş konfliktlərin vəzifə səlahiyyətləri çərçivəsində həll edilməsi;
- Məzuniyyət qrafiklərinin hazırlanması və icrasına nəzarət;
- Müvafiq proqram teminatinda əmək haqqıların, son haqq hesabların , məzuniyyət haqlarının hesablanması və ödənişə göndərilməsi;
- Ştat cədvəli və struktur dəyişiklikləri ilə bağlı sənədləşmənin aparılmasının təmin edilməsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);
- Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.);
- Karyera inkişafı imkanları və mehriban kollektiv.
Tələblər
- Ali təhsil;
- İR əməliyyatları sahəsi üzrə 1-3 il iş təcrübəsi;
- Əmək Qanunvericiliyi üzrə nəzəri biliklər (işə qəbul və xitam, iş vaxtının tənzimlənməsi, ezamiyyə, məzuniyyət);
- Müvafiq e-platformalarında əməliyyatların aparılması bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.