Bakı,
Azərbaycan
10.07.2025 09:38
-
10.08.2025 12:00
İş haqqında məlumat
- Vakansiyaların müxtəlif platformalarda (şirkətin vebsaytı, iş elanları portalları, sosial media və s.) yerləşdirilməsinə dəstək olmaq;
- Komanda tərəfindən təqdim olunan meyarlara əsasən CV-lərin ilkin yoxlanılmasını həyata keçirmək;
- Namizədlər və müsahibə aparan şəxslər arasında müsahibə cədvəllərinin təşkilini və əlaqələndirilməsini təmin etmək;
- İşə qəbul prosesinə dair izləmə cədvəllərini və namizəd məlumat bazalarını mütəmadi olaraq yeniləmək və qorumaq;
- Namizədlərlə kommunikasiya, müsahibəyə dəvət, müraciət statusu haqqında məlumatlandırma və digər əsas sorğuları cavablandırmaq;
- Komanda nəzarəti altında iş təklifləri və əmək sənədlərinin hazırlanmasında iştirak etmək;
- Karyera sərgiləri, işə qəbul günləri və ya digər işə qəbul proseslərinin təşkilində iştirak etmək və kömək göstərmək;
- Bütün işə qəbul sənədlərinin düzgün və məxfi şəkildə arxivləşdirilməsini təmin etmək;
- İşə qəbul prosesi ilə bağlı digər inzibati tapşırıqları yerinə yetirmək;
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək;
- İş yeri: Bakı şəh, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km 1.
Tələblər
- Tam ali təhsil;
- Əlaqəli sahə üzrə ən azı 0-2 il iş təcrübəsi (təcrübə proqramları daxil);
- Müştəriyönümlülük;
- Davamlı inkişaf;
- Keyfiyyət yönümlülük,
- Bütövlük,
- İngilis dili,
- MS Office komputer proqramı üzrə bacarıqlar;
- İnsan Resursları sahəsində təməl biliklər.