Qəbələ,
Azərbaycan
17/12/2025
-
31/12/2025
İş haqqında məlumat
- İnsan resursları şöbəsinin daxili əməliyyatlarına dair təlimatının hazırlanması və yenilənməsinə yardım və nəzarət etmək.
- Şöbədaxili təlimat və görüşlərin səmərəli şəkildə keçirilməsini təmin etməklə, müntəzəm hesabat görüşləri keçirmək.
- Kommunikasiya üzrə qeydiyyat jurnallarını oxumaq və yeniləmək.
- Yeni texnologiyalar və avadanlıqların tədqiq edilməsi və müvafiq sayılan yerlərdə tətbiq olunmasını təmin etmək.
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə, Nizamnamə, Təlimatlara və Cəmiyyətin Baş Direktorunun əmrlərinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi.
- İşçilərin məlumatlar bazasının doldurulması.
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı.
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi.
- Xəstəlik vərəqələrinin doldurulması.
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi.
- Həftəlik və aylıq hesabatların hazırlanması.
- Ştat cədvəlinə əsasən mövcud vakant yerlərə nəzarət.
- Vakansiyaya uyğun namizədlərin seçilməsi.
- Əmək müqavilələrinin və xidmətlər göstərilməsi haqqında mülki-hüquqi müqavilələrinin tərtib olunması, onlara müxtəlif əlavə razılaşmaların, bildiriş məktublarının hazırlanması.
- Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.).
- İnsan resursları şöbəsinin işçiləri ilə illik icra göstəricilərinin inkişaf etdirilməsinə dair müzakirələr aparmaq, onlara öz peşəkar karyera hədəflərinə nail olmaqda kömək etmək.
- Müvafiq təlimlər, maarifləndirmə və / ya hamilik yolu ilə İnsan resursları şöbəsinin işçilərinin bilik və bacarıqlarını inkişaf etdirmək.
- Bütün işçilərlə onların əmək müqavilələrində qeyd edilmiş şərt və müddəalara, yerli qanunvericiliyə, eləcə də şirkətin / otelin siyasət və prosedurlarına müvafiq olaraq ədalətlə və vicdanla rəftar edildiyini təmin etmək.
- Şöbə daxilində bütün işçilərə nəzarət etmək, şöbənin əməliyyatlar üzrə təlimatında müəyyən edildiyi kimi düzgün xidmət standartları və metodlarının həyat keçirilməsini təmin etmək.
- Təlim üzrə Menecerlə və Şöbədaxili Təlimçilərlə birgə iş aparmaqla əməkdaşlar üçün səmərəli təlim proqramları planlaşdırmaq və həyata keçirmək.
Faydalar:
- Qonaqlama
- Qidalanma (işçi yeməkxanasında)
- Servis xidməti.
- Korporativ nömrə
Tələblər
- Müvafiq sahədə 5+ il təcrübə
- Xaricidil bilikləri - İngilis və Rus dili
- Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə biliklər,
- Elektron Hökumət Portalı ilə işləmək bacarıqları
- Ünsiyyət,davranış, komandada işləmək, idarəetmə və stressə davamlılıq bacarıqları.
Maraqlanan namizədlər CVlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını (Məsələn, “İnsan Resursları üzrə menecer – Chenot Palace) qeyd edin.