Yevlax,
Azərbaycan
21/07/2026
-
04/08/2026
İş haqqında məlumat
- İşçilərin qanunvericiliklə və şirkət tərəfindən tələb olunan sənədlərini qəbul etmək;
- Xarici vətəndaşların viza, miqrasiya ilə bağlı prosedurlarını həyata keçirmək;
- Müəssisənin strukturunu yaratmaq, daxili dəyişikliklər baş verdikdə onu yeniləmək;
- ƏMAS və ERP sistemə tələb olunan məlumatları daxil etmək;
- Yeni işə başlayan işçiləri ilkin təlimatla tanış etmək və tələb olunan sənədləri təqdim edərək imzalatmaq;
- Şöbələr tərəfindən təqdim olunan iş cədvəllərinin ilkin yoxlanışını aparmaq və yanlışlıqlar olduqda dərhal şöbəni məlumatlandırmaq;
- Təsadüfi yoxlamalar apararaq iş prosesinə nəzarət etmək;
- İşçilərə aid olan normativ, metodik və digər rəhbər materialları tərtib etmək, qaydasında saxlamaq;
- İR şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsi;
- İşçilərin işə qəbulu və azad edilməsi haqqında qüvvədə olan qanunvericiliyə riayət etmək;
- İşçilərin ixtisas və peşəkarlığının artırılması işini həyata keçirmək;
- Şəxsi işlərin aparılması və məxfiliyin qorunması, sosial müavinatların təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməsi;
- İşçi hərəkətlərinin uçot metodlarını həyata keçirmək;
- Həmkarlarla normal iş münasibətlərini qoruyub saxlamaq və bərabərlik prinsipinə əməl etmək.
- Müəssisənin ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək;
- Çevik olmaq və iş səlahiyyətləri çərçivəsində verilən göstərişlərə əsasən, digər müvafiq öhdəlik və vəzifələri yerinə yetirmək üçün öz vəzifə öhdəliklərini genişləndirmək, o cümlədən tələb olunduğu hallarda, digər şöbələrə və sahələrə keçmək, biznes ehtiyacları və qonaqlara xidmətlərin göstərilməsi ilə bağlı tələblərə cavab vermək.
- Tələb olunduqda, təlim sessiyaları və toplantıları aparmaq.
- İşə qəbul prosesini aparmaq, seçim fəaliyyətlərinə nəzarət etmək, proses boyu müvafiq şöbə rəhbərləri ilə işləmək.
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
- İstirahət günü: 2 (iki) gün.
- Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ nömrə və danışıq paketi;
- Tibbi sığorta;
İş yeri:
- Yevlax şəhəri, Azərbaycan
Tələblər
- Ali təhsil;
- Təcrübə: Minimum 5 il (3 il rəhbər vəzifə);
- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar;
- 1C, ERP və Visio proqram təminatlarında işləmək bacarığı;
- Azərbaycan dili – sərbəst;
- Rus və ya İngilis dili – yaxşı səviyyədə;
Fərdi keyfiyyət göstəriciləri :
- Liderlik bacarıqları;
- Mükəmməl ünsiyyət qurma bacarıqları;
- Konflikt həll etmə;
- Danışıqlar aparma qabiliyyəti;
- Stress altında işləmə bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun