Bridge Group of Companies

İnsan Resursları üzrə mütəxəssis

Bridge Group of Companies
1000 - 1200 ₼
1067
Tam iş günü
Bakı, Azərbaycan
10.06.2025 23:47 - 10.07.2025 12:00

İş haqqında məlumat

  • ƏMAS və İSB portallarında əməliyyatların aparılması;
  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, işçi qovluqların hazırlanması,işçilərin elektron əmək müqavilələrini təsdiqləməsini izləmək;
  • Performansın idarəolunması və işçi qiymətləndirilməsi sisteminin təşkili və tətbiqində rol almaq;
  • Məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
  • Bütün növ kadr əmrlərinin hazırlanması;
  • Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanması, təsdiqlənməsi və işçilərlə tanış edilməsi;
  • İşçi heyəti üçün iş davamiyyəti cədvəllərinin izlənməsinə nəzarət və son olaraq yoxlayıb mühasibat şöbəsinə göndərilməsi;
  • Xəstəlik vərəqələrinin yoxlanması ,qeydiyyatı və uçotunun aparılması;
  • Xasiyyətnamələrin, İnsan resursları üzrə lazımi məktubların və s. hazırlanması və qeydiyyatı;
  • Təlim ehtiyaclarını müəyyən etmək və işçilərin bacarıqlarını inkişaf etdirmək üçün təlimlərin planlaşdırılması;
  • Şirkət mədəniyyəti və təşkilati dəyişikliklərlə bağlı təşəbbüslər;
  • Rəhbərliyin istəyi əsasında İnsan Resursları üzrə müvafiq hesabatların hazırlanması və İnsan Resursları üzrə digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi;
  • İş yeri: “Bridge Plaza”, Bakı, Bakıxanov küç.6
  • İş qrafiki:  5/2, 09:00-18:00;
  • Əmək haqqı: 1000-1200 azn;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.

Tələblər

  • 25-35 yaş arası namizədlər;
  • Ali təhsil - (İnsan resursları, psixologiya və ya əlaqədar ixtisaslar);
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • Sərbəst rus və ya ingilis dili biliyi olmaq
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Əmək qanunvericiliyi üzrə nəzəri və praktik biliklər;


Oxşar vakansiyalar