Bakı,
Azərbaycan
12.06.2025 10:33
-
12.07.2025 12:00
İş haqqında məlumat
- Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi;
- İşçi məlumatlarının sistemə düzgün daxil edilməsi və mütəmadi yenilənməsi;
- İşçilərin vəzifə, maaş və digər əsas göstəricilərində dəyişikliklərin vaxtında sistemə daxil edilməsi;
- ƏMAS sistemində yaranan problemlərin həlli üçün aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanılması;
- Sistemdə edilən yenilikləri izləmək və tətbiq etmək;
- Yeni işçilərin əmək müqavilələrinin rəsmiləşdirilməsi və ƏMAS sisteminə daxil edilməsi;
- İşdən çıxan işçilərin əmək müqavilələrinin sistemdə ləğv edilməsi və qanunvericiliyə uyğun sənədləşmə aparılması;
- İşçi qəbulu və işdən çıxma ilə bağlı ƏMAS-dan hesabatların çıxarılması və rəhbərliyə təqdim edilməsi;
- Sınaq müddətində olan işçilərin müqavilə müddətinin izlənilməsi və zəruri tədbirlərin görülməsi;
- İllik məzuniyyətlərin ƏMAS sistemində qeydiyyata alınması və təsdiqlənməsi;
- Xəstəlik vərəqələri və ödənişli / ödənişsiz məzuniyyətlərin sistemdə düzgün qeydiyyata alınması;
- Ezamiyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər halların ƏMAS sistemində əks etdirilməsi;
- İşçilərin məzuniyyət ərizələrinin toplanması və proqramda işlənməsi;
- Məzuniyyətlərin qanunvericiliyə uyğun verilməsinin təmin edilməsi və müvafiq sənədlərin hazırlanması;
- Məzuniyyət balanslarını izləmək və işçilərə məlumat vermək;
- Əmək qanunvericiliyinə əsasən ƏMAS sistemində düzgün əməliyyatların aparılması;
- Əmək müqavilələrinin qanunvericiliyə uyğun tərtib olunmasına və sistemdə düzgün qeydiyyata alınmasına nəzarət;
- Dövlət orqanları tərəfindən tələblərə uyğun sənədlərin təqdim edilməsi;
- ƏMAS sistemindən işçi sayı, işə qəbul, işdən çıxma və digər göstəricilərlə bağlı hesabatların hazırlanması;
- HR departamenti və rəhbərlik üçün mütəmadi analitik məlumatların təqdim edilməsi;
- İşçi müqavilələrinin müddətinin izlənilməsi və vaxtında yenilənməsinin təmin edilməsi;
- İşçilərin ƏMAS sistemi ilə bağlı sorğularının cavablandırılması və dəstək göstərilməsi;
- HR komandası ilə əməkdaşlıq edərək digər HR proseslərində iştirak etmək;
- ƏMAS sisteminin istifadəsi ilə bağlı daxili təlimlərdə iştirak və ya təşkil etmək;
- İş yeri: Sumqayıt şəhəri ;
- İmtiyazlar: Telefon,nahar,şəhərin 3 istiqamətində servis xidməti;
- İş günü: həftədə 5 gün (09:00-18:00).
Tələblər
- ƏMAS sistemi ilə iş təcrübəsi və ya öyrənməyə hazırlıq;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyi və əmək münasibətləri üzrə biliklər;
- HR sahəsində təcrübə (işə qəbul, müqavilə idarəetməsi, sənədləşmə və s.);
- Microsoft Office proqramları, xüsusilə Excel və Word üzrə biliklər;
- Dəqiqlik, məsuliyyətlilik və məlumatların məxfiliyinə riayət etmək;
- Analitik düşünmə və hesabatlarla işləmə bacarığı.