U and R Company

İnsan resursları üzrə mütəxəssis

U and R Company
Ə/h razılaşma ilə
1667
Tam iş günü
Bakı, Azərbaycan
10.07.2025 12:50 - 10.08.2025 12:00

İş haqqında məlumat

  • Əmək müqavilələrinin bağlanması, müqavilələrə dəyişiklik, əmək müqaviləsinə xitam üzrə sənədləşməni, 1C proqramında və e-hökumət portallarında müvafiq əməliyyatları icra etmək;
  • Heyətin şəxsi işlərini formalaşdırmaq, sənədlərin kağız və rəqəmsal daşıyıcılarda (1C) toplanıb saxlanmasını təmin etmək;
  • İşçilərin staj, imtiyaz, ailə tərkibi, əlillik, hərbi xidmət kimi məlumatlarının uçotu və nəzarət, bu məlumatlara uyğun qanunvericiliyin tələblərini yerinə yetirmək;
  • Məzuniyyətlərin uçotunu aparmaq, işçilərin vaxtı-vaxtında məzuniyyətə çıxmasına nəzarət etmək. Əmək qanunvericiliyinə uyğun olaraq məzuniyyət əmrlərinin işləmək, müvafiq sənədləşməni və 1C proqramında əməliyyatı icra etmək;
  • Səlahiyyətli şəxslə razılaşdırıb vakansiya elanlarını hazırlamaq, yerləşdirmək;
  • Namizədlərin seçimini, müsahibələri təşkil etmək;
  • Seçilmiş namizədlərə iş təkliflərini vəzifə təlimatlarını hazırlayıb təqdim etmək.
  • Adaptasiya mərhələlərini təşkil və icrasına nəzarət etmək (Onboarding, sınaq dövrünün yekunlaşması)
  • Davamiyyətin uçotu və aylıq tabellərin hazırlamaq (1C proqramında icra etmək, sənədləşməni təmin etmək), heyətin nizam-intizamına nəzarət;
  • Əmək haqqı hesablanmasını və əmək haqqı sənədləşməsini icra etmək;
  • Şirkətin təşkilati strukturunu hazırlamaq, dəyişiklikləri ƏMAS və 1C icra etmək;
  • Statistik hesabatlar, Vahid rüblük, illik bəyannamələri icra etmək;
  • Şirkətin qoşulduğu satınalma müsabiqələri üçün İnsan resurslarına aid sənəd, məlumat və hesabatları hazırlayıb təqdim etmək;
  • İş yeri: Şirkətin ofisi;
  • İş rejimi: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00
  • Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları;
  • Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.

Tələblər

  • Təhsili: Ali (maliyyə, biznes menecmenti istiqamətləri üstünlük);
  • İş təcrübəsi: İnsan resursları sahəsində 1 il iş təcrübəsi;
  • Azərbaycan dili – C2 səviyyə (səlis işgüzar yazılı və şifahi ünsiyyət);
  • Rus dili – B2 səviyyə (Orta səviyyəli danışıq, sərbəst işguzar yazışmalar bacarığı);
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini və qoşulduğu Beynəlxalq konvensiyaların tələblərini işində tətbiq etmək;
  • İnsan resursları sənədləşməsi;
  • Əmək haqqı hesablanması qaydaları və normaları;
  • 1C 8.3 – İnsan resursları prosedurları və əmək haqqı hesablanması;
  • MS Office proqramlarını (xüsusilə Excel) sərbəst istifadə;
  • Analitik düşüncə, məsuliyyət, intizam, dəqiqlik, çeviklik;
  • Adaptiv ünsiyyət, stressə davamlılıq (mövzunu yönləndirmək, stress situasiyalarında soyuqqanlılıq, qərarlılıq), həll yönümlü qərar verə bilmək bacarığı;
  • Prioritetləşdirmə, vaxtın planlanması;
  • Komandada effektiv işləmək bacarığı;
  • Müvafiq sahədə ixtisaslaşma, inkişaf etmək, təlimlər keçmək məqsədi və perspektivi.