AzTelco Group

İnsan Resursları üzrə Mütəxəssis

AzTelco Group
Ə/h razılaşma ilə
2566
Tam iş günü
Bakı, Azərbaycan
26.08.2025 04:48 - 26.09.2025 12:00

İş haqqında məlumat

  • İnsan resursları funksiyalarının (işə qəbul, xitam, məzuniyyət və s.) vaxtında və düzgün şəkildə həyata keçirilməsi;
  • İşə yeni başlayan əməkdaşlar üçün oriyentasiya proseslərinin təşkili və həyata keçirilməsini təmin etmək;
  • Yeni əməkdaşların iş mühitinə sürətli və effektiv inteqrasiyasını təmin etmək üçün inzibati dəstəyin göstərilməsi.
  • Əmək münasibətlərinin rəsmiləşdirilməsi və əmək münasibətləri üzrə əməliyyatların 1C proqramı və ƏMAS sistemi üzərindən icra olunması;
  • ƏMAS sistemində təşkilati strukturların rəsmiləşdirilməsi, yenilənməsi və struktur dəyişikliklərinin qeydiyyatını aparmaq;
  • Vəzifə təlimatlarının hazırlanması, yoxlanılması və imzalanması prosesinin təşkil olunması;
  • Tabel cədvəllərinin hazırlanması və təsdiq üçün müvafiq struktur rəhbərlərinə təqdim edilməsi;
  • Şirkətdaxili sənədləşmə prosesinin düzgün qaydada aparılmasını təmin etmək;
  • Rəhbərlik tərəfindən vəzifə funksiyaları çərçivəsində verilmiş digər tapşırıqların yerinə yetirilməsi.

Necə müraciət etməli?

Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi “İnsan Resursları üzrə Mütəxəssis” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Tələblər

  • Ali təhsil;
  • İnsan resursları üzrə minimum 1-3 il iş təcrübəsi;
  • ƏMAS və 1C proqramları ilə işləmə bacarığı;
  • Əmək qanunvericiliyi üzrə biliklər;
  • Analitik düşüncə və detallara diqqət;
  • Komanda ilə işləmək və ünsiyyət bacarığı;
  • MS Office proqramlarını yaxşı dərəcədə bilmək.