SOCAR

İnsan resursları üzrə mütəxəssis

SOCAR
Ə/h razılaşma ilə
437
Tam iş günü
Naxçıvan, Azərbaycan
07.10.2025 05:35 - 07.11.2025 12:00

İş haqqında məlumat

  • Personalın idarə olunması məlumatlarını SAP sisteminin HR kadr məlumatları moduluna işləmək; 
  • Əmək müqaviləsi bildirişini, dəyişiklikləri və xitamı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil etmək. Əmək müqaviləsinin işçi SİMA yeni nəsil rəqəmsal imza ilə tərəfindən imzasının təmin edilməsi ; 
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, əmək kitabçalarının qəbulu, doldurulması, uçotunun aparılması və mühafizəsini təmin etmək;
  • Struktur bölmələr üzrə işçilərin məzuniyyət qrafikini tərtib etmək; 
  • Təsdiq olunmuş qrafikə uyğun işçilərə əmək məzuniyyətlərinin verilməsi barədə əmrlərin layihəsini hazırlamaq, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət etmək, T2 şəxsi vərəqədə və SAP sisteminin HR kadr məlumatları modulunda məzuniyyətlərin uçotunu aparmaq; • Kadrların seçilməsi və düzgün yerləşdirilməsi, fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və şagirdlərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlamaq; 
  • Təqaüd yaşına çatmış işçilərin sənədlərini hazırlamaq; 
  • İnsan resursları ilə bağlı hesabatları tərtib edərək, müəyyən edilmiş müddətlərdə aidiyyəti üzrə təqdim edilməsini təmin etmək; 
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarından irəli gələn tələbləri bilmək və onlara riayət etmək; 
  • Müəssisə üzrə tətbiq edilən Beynəlxalq İdarəetmə Sistemlərinin tələblərinə əməl etmək və davamlı təkməlləşdirmə planlarının hazırlanmasında təkliflər vermək; 
  • Ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji normativ sənədlərin tələblərinə əməl etmək; 
  • Fəaliyyət zamanı formalaşan təhlükələrin müəyyən edilərək risklərin və ekoloji aspektlərin qiymətləndirilməsində yaxından iştirak etmək;
  •  Əməliyyatların Bütövlüyünün İdarəetmə Sistemində (SOIMS) nəzərdə tutulan tələblərinə əməl etmək; 
  • “Bizi Qoruyan Qaydalar”, “Hədəf sıfır” və “Qənaətcil İstehsalat Konsepsiyasının Alətlərinin Tətbiqi – 5S” normativ sənədlərdə nəzərdə tutulan tələblərə əməl etmək; 
  • Tətbiq olunan Beynəlxalq standartların tələblərinə riayət etmək; 
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri üzrə Dövlət Neft Şirkəti tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni işdə rəhbər tutmaq. 
  • Səriştəliliklərin qiymətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi, səriştəliliklərin qiymətləndirilməsinin nəticələrinin təhlil edilməsi, onların təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi; 
  • Qurum üzrə xidməti fəaliyyətin idarə edilməsi prosesi ilə bağlı müəyyən edilmiş səlahiyyətlər çərçivəsində zəruri tədbirlərin həyata keçirilməsi, qiymətləndirmə nəticələrinin təhlil edilməsi işlərinin təmin edilməsi; 
  • Səriştəliliklərin və xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticələri ilə bağlı xətti rəhbərlər və işçilərlə izahat işlərinin aparılmasının təmin edilməsi; 
  • Qurum üzrə yüksək və çox yüksək əhəmiyyətli vəzifələrin müəyyən edilməsi ilə bağlı işlərin təmin edilməsi; 
  • Yüksək və çox yüksək əhəmiyyətli vəzifələr üzrə davamçıların müəyyən edilməsi, onların siyahısının müvafiq qaydada təsdiq edilməsi və fərdi inkişaf planlarının işlənib hazırlanması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi; 
  • Yüksək potensiallı işçilərin müəyyən edilməsi və onların karyera inkişafı prosesinin təmin edilməsi; 
  • Bütün işçi heyəti üzrə təlim ehtiyaclarının müəyyən edilməsi. 
  • Təlimlə əlaqədar tədbirlərin həyata keçirilməsi, əmrlərin hazırlanması, istehsalat təcrübələrinin təşçil olunması; 
  • Təhsil müəssisələrindən gələn tələbələr üçün istehsalat təcrübələrinin təşkili; 
  • Yeni işə qəbul olunmuş işçilər üçün adaptasiya prosesi təşkili, orientasiya təliminin keçirilməsi. 
  • Komanda və fərdi hədəflərin müəyyən edilməsində işçilərə dəstək göstərilməsinin təmin edilməsi; 
  • Qurum üzrə əməkdaşların Fərdi və Standart inkişaf planlarının hazırlanmasında xətti rəhbərlərə köməklik göstərilməsi və prosesin icrasına nəzarət edilməsi; 
  • İşçilər üçün qrup və fərdi hədəflərin müəyyən edilməsi və qiymətləndirilməsi ilə bağlı maarifləndirmə işlərinin, prosesin qiymətləndirilməsi işlərinin və başa çatdırılması üçün dəstəyin göstərilməsinin təmin edilməsi; 
  • Sahənin fəaliyyəti ilə bağlı məlumat və hesabatların hazırlanması və müvafiq qaydada rəhbərliyə, yuxarı təşkilatlara və müvafiq dövlət orqanlarına vaxtında təqdimatının təmin edilməsi. 

Tələblər

  •  Təhsil pilləsi:  Ali bakalavr
  •  Müddəti / İş təcrübəsi : Müvafiq sahə üzrə