AZDIZAYN GROUP

İnsan resursları üzrə mütəxəssis

AZDIZAYN GROUP
800 - 1000 ₼
1703
Tam iş günü
Bakı, Azərbaycan
15.10.2025 02:23 - 15.11.2025 12:00

İş haqqında məlumat

  • Kadr Kargüzarlığı və İşə Qəbul prosesininin, Əmək Məcəlləsinə, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzərə almaqla aparılması;
  • Kadr məlumat bazasının, dəyişiklikləri nəzərə almaqla, daim yenilənməsi;
  • Kadr uçotuna və kadr kargüzarlığına aid olan sənədləşmənin zamanında və keyfiyyətlə aparılması;
  • İşçilərin davamiyyətinin qeydiyyatı, tabellərin hazırlanması və təqdim olunması;
  • İşə yeni qəbul edilmiş və əmək müqaviləsinə xitam verilmiş işçilərin şəxsi işlərin təlimata uyğun qaydada yığılması və əmək fəaliyyəti ilə bağlı olan zəruri dəyişikliklərin daxil edilməsi;
  • İşdən azad və yerdəyişmə zamanı işçilərin təhvil təslim prosesini təmin edilməsi;
  • Vakansiyalara uyğun namizədlərin axtarışı;
  • Namizədlərlə ilkin müsahibələri keçirmək;
  • Müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşdirmək;
  • İşdən çıxış üçün müraciət edən, həmçinin sınaq müddətini uğursuz başa vuran işçilərlə çıxış müsahibəsini aparmaq və müvafiq struktur bölmələrə məlumat verərək işçini işdən çıxış prosesinə yönləndirmək;
  • İş analizinin aparılması və iş gücü planlaması.
  • Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi.

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Əmək haqqı: 800-1000 AZN

Vakansiyaya müraciət üçün CV-ləri “İnsan resursları üzrə mütəxəssis” başlığı ilə qeyd olunan  e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili və İngilis dili üstünlükdür )
  • Kompüter bilikləri (MS Office)
  • İşə planlı yanaşma;
  • Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
  • Məsuliyyətlilik;
  • Operativlik;
  • Yaş həddi 25-40.