İnsan resursları üzrə mütəxəssis
MAN-G Design and Construction MMC
Ə/h razılaşma ilə
1210
Tam iş günü
Bakı,
Azərbaycan
18/12/2025
-
18/01/2026
İş haqqında məlumat
- Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisə, idarə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifəsinin böyüdülməsi, mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətin verilməsi və s. işləri yerinə yetirir.
- İşçilərin şəxsi işlərini aparır, formalaşdırır.
- Kadrlar üzrə hesabatların tərtib və tələb olunan yerə vaxtında təqdim edilməsinə rəhbərlik edir.
- Müəssisə, idarə və təşkilatlarda verilmiş əmr və göstərişlərin layihələrinin yuxarı təşkilatın göstərişlərinə uyğun olub-olmadığını yoxlayır.
- İcrası tələb olunan tapşırıqlar üzrə nəzarəti həyata keçirir. Onların yerinə yetirilməməsi səbəblərini araşdırır və lazımi tədbirlər görür.
- Mövcud və açıq vakansiyaları təhlil etmək, elanları şirkət daxili və xarici müxtəlif saytlarda, sosial şəbəkədə yerləşdirmək, işədüzəltmə şirkətləri ilə əlaqə saxlamaq
- İş elanları müəyyən edilmiş digər mənbələrdə yerləşdirmək və yeniləmək
- Vakant yerlərin meyarlarına əsasən CV seçimini etmək və namizədlərlə müsahibələri təşkil etmək, referansları almaq, nəticələrlə bağlı namizədləri məlumatlandırmaq
- Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili, işə qəbul test bazasının yenilənməsini icra etmək
- İşə qəbul edilən şəxsin iş təcrübəsini yoxlamaq və iş təklifini göndərmək
- Vakansiyalara müraciət edən namizədlərin elektron siyahısını daim yeni saxlamaq
- Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarətin aparılması
- İşə qəbul prosesinin koordinasiyası və təşkili
- Şirkətin CV bazasının daim yenilənməsi və genişləndirilməsini, daxil olan CV-lərin arxivləşdirilməsini icra etmək
- İşəqəbul layihələrinin təşkilində yaxından iştirak etmək
- Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək
- Yeni işə qəbul texnikalarından istifadə edərək daim yüksək ixtisaslı kadrların cəlb olunmasının təmin edilməsi
- Rəhbərlik tərəfindən gündəlik əlavə işləri həyata keçirmək
- İşdən azad və yerdəyişmə zamanı işçilərin təhvil təslim prosesini təmin etmək
- İşçilərin İcbari sığorta ödənişlərinin vaxtında icra olunmasını, İşçilərin tibbi müayinələrinə (vaxtında və tam) nəzarətin həyata keçirilməsi təmin etmək
- Məzuniyyət və Əmək haqqı sənədlərinin (Tabel, Məzuniyyət cədvəlləri və sair) qrafiklərin hazırlanması və məzuniyyətin rəsmiləşdirilməsini təmin etmək
- İşçilər barədə məlumat bazasının yaradılması, Əmək kitabçalarında qeydlərin aparılması, Arayış, xasiyyətnamə və digər sənədlərin hazırlanması
- İşçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və aylıq tabelləri hazırlamaq, uyğunsuzluq aşkar etdikdə birbaşa rəhbərinə bildirmək
- Əmək haqqı araşdırılmalarının aparılması və analizi
- Rəhbərlik tərəfindən veriləcək Əmək qanunvericiliyi ilə bağlı sorğuları və tapşırıqları icra etmək, Vəzifə təlimatlarının, insan resursları ilə bağlı digər sənədlərin hazırlanması
- Əməkdaşların əmək fəaliyyəti və performansın qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi
- Team building, training-lərin təşkil edilməsi
- Korporativ tədbirlərin təşkilati işlərinin həyata keçirilməsi
- Həftəlik, aylıq vakansiyalar barədə məlumatları, İşçilərin sayı və hərəkəti barədə aylıq hesabatları hazırlamaq və birbaşa rəhbərə göndərmək
- İnsan Resursları üzrə digər vəzifə öhdəliklərin həyata keçirilməsi
İş qrafiki 6 günlükdür;
Əmək haqqı; Razılaşma əsasında
Tələblər
- Ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Yüksək şifahi və yazılı ünsiyyət bacarıqları;
- Ofis proqramlarından yüksək istifadə bacarığı;
- Münaqişələri idarəetmək bacarığı;
- Performas dəyərləndirməsi bilikləri;
- İşə qəbul metriklərindən istifadə bacarığı;
Maraqlanan şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.