Aghdam City Hotel

İnsan resursları üzrə mütəxəssis

Aghdam City Hotel
Ə/h razılaşma ilə
401
Tam iş günü
Ağdam, Azərbaycan
15/04/2026 - 29/04/2026

İş haqqında məlumat

  • “Tabia Group” un SOP-na uyğun bütün İnsan Resursları funksiyalarını icra etmək: işə qəbul, təlim və inkişaf, əmək haqqı/təminat proseslərinin administrasiyası, qanunvericilik tələblərinə uyğun fəaliyyət, komanda ilə işləmək, əmək münasibətləri və müqavilələrin tənzimlənməsi, fəaliyyət səmərəliliyi qiymətləndirilməsi, işçilərin təzminatı və təhlükəsizliyi, məşğulluq prosesləri, təşkilati strukturun hazırlanması proseslərini həyata keçirmək; 
  • Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM-si bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS), e-sosial sisteminə vakant yerlərin işlənilməsi, işə qəbul və işdən çıxan əməkdaşların İSB –yə uyğun olaraq vaxtında daxil edilməsi;
  • İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək, daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri müsahibə mərhələsinə dəvət etmək, uğurlu namizədlərlə bağlı referansların alınması, müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
  • Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotununun aparılması; verilən məzuniyyətlərin cədvəl üzrə istifadəsinə nəzarət edilməsi, içilərə illik məzuniyyətlərin verilməsi (əmrlərin düzgün tərtibi, uzatmalar, staj, işə başlama tarixlərinə nəzarət) və ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması; 
  • Müasir HR metodologiya və yanaşmalardan ( KPİ, Performance evolution, səriştələrin idarə edilməsi, təlim, karyera planlama) istifadə edərək, işşin icrasının həyata keçirilməsi;
  • Əmək haqqı kartlarının açılması və sifarişi;
  • İşçilərin gündəlik və aylıq dəvamiyyətinin izlənilməsi, gündəlik və aylıq hesabatın hazırlanması, ay sonu dəvamiyyət tabellərinin hazırlanaraq (1C, excel)  mühasibatlığa təhvil verilməsi;
  • Şirkət üzrə bütün növ əmrlərin(işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,), əmək kitabçalarının, xidməti müqavilələrin, əlavə razılaşmalarının, təhvil-qəbul aktlarının, xitamlarının yazılmasını icra etmək;
  • Protokolların, arayışların və etibarnamələrin hazırlanması, akt, məktubların yazılması və göndərilən sənədlərin həm jurnalda həm də elektron qeydiyyatının aparılması,  skan olunması, ünvana çatmasına və icra olunmasına nəzarət etmək;
  • Rəhbərliyin tapşırığına uyğun olaraq ofis daxilində digər administrativ işləri yerinə yetirilmək

İş şəraiti:   

  • İş yeri Ağdam şəhərində yerləşir.
  • Yaşama yeri ilə və qidalanma ilə təmin olunur.
  • İşə gəlib getməsi üçün -transport ilə təmin edilir.

Tələblər

  • Təhsil: Ali təhsil.
  • İş təcrübəsi: İR sahəsində ən azı 3 il iş təcrübəsi.

Bilik və Bacarıqlar:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
  • Elektron Hökümət Portalları ilə ( e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
  •  1С 8.3 proqramında işləmə bacarığı;
  • Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Teambuilding, networking və digər korporativ tədbirlərin koordinasiyası bacarığı;

Kompüter bilikləri:

  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;

Dil bilikləri:                           

  • Azərbaycan dili – sərbəst;
  • İngilis dili biliyinin olması vacibdir.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.