Azroksan LLC

İnsan Resursları üzrə Mütəxəssis

Azroksan LLC
Ə/h razılaşma ilə
344
Tam iş günü
Bakı, Azərbaycan
25/05/2026 - 08/06/2026

İş haqqında məlumat

İnsanlarla işləməyi sevən, komandamızı gücləndirəcək, güclü əmək qanunvericilik biliyi olan və HR proseslərinə real dəyər qatacaq İnsan Resursları üzrə Mütəxəssis axtarırıq. 

Əsas vəzifə öhdəlikləri:

  • İşçilərin şəxsi iş qovluqlarının yaradılması, sənədlərin sistemləşdirilməsi və müvafiq qeydiyyat prosesinin aparılması; 
  • ƏMAS sistemi üzərindən əmək müqavilələrinin rəsmiləşdirilməsi, dəyişikliklərin işlənməsi və xitam prosedurlarının həyata keçirilməsi; 
  • İş vaxtının uçotu üzrə aylıq davamiyyət cədvəllərinin tərtib olunaraq təsdiqə təqdim edilməsi; 
  • Məzuniyyət qrafikinin hazırlanması, əmək məzuniyyətlərinin qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməsi; 
  • Ezamiyyətlə bağlı əmrlərin, vəsiqələrin və digər əlaqəli sənədlərin hazırlanmasının təmin edilməsi; 
  • Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq müxtəlif kadr əmrlərinin hazırlanıb icraya yönləndirilməsi; 
  • Əmək kitabçalarında işçilərə dair müvafiq məlumat və dəyişikliklərin qeyd edilməsi; 
  • Əmək haqqı kartları üzrə sifarişlərin təşkili və aidiyyəti məlumatların mühasibatlığa ötürülməsi; 
  • Dövlət qurumlarından daxil olan müraciət və sorğuların araşdırılması və rəsmi cavabların hazırlanması; 
  • Vəzifə təlimatlarının hazırlanması, yenilənməsi və aidiyyəti şöbələrlə koordinasiya olunması; 
  • Rəhbərlik üçün insan resursları istiqamətində hesabatların hazırlanaraq təqdim edilməsi; 
  • Müəssisədaxili sənədlərin və prosedurların qüvvədə olan qanunvericiliyə uyğun şəkildə tərtib olunması; 
  • Şirkətə məxsus maliyyə, kommersiya və digər daxili məlumatların konfidensiallığının qorunmasına riayət edilməsi.

Tələblər

  • İR sahəsində 3–5 il iş təcrübəsi
  • Tabel uçotu və kadr əmrlərinin hazırlanması üzrə güclü praktiki bilik 
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Qanunvericiliyi üzrə biliklər 
  • İngilis dili – bilməsi üstünlükdür
  • MS Excel proqramında yaxşı işləmək bacarığı 
  • Dəqiqlik, məxfilik və məsuliyyətlilik 
  • Analitik düşüncə və detallara diqqət
  • Güclü ünsiyyət və təşkilati bacarıqlar

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar