İnsan Resursları üzrə Mütəxəssis
Aqrar İnnovasiya və Təchizat Şirkəti
Ə/h razılaşma ilə
397
Tam iş günü
Bakı,
Azərbaycan
27/07/2026
-
10/08/2026
İş haqqında məlumat
- İşə qəbul, işdən çıxma və əmək münasibətləri üzrə sənədləşmə proseslərini həyata keçirmək;
- Əmək müqavilələrinin, əmrlərin və digər İR sənədlərinin hazırlanmasını təmin etmək;
- ƏMAS, E-sosial və digər dövlət portallarında İR əməliyyatlarını icra etmək;
- Yeni əməkdaşların qeydiyyatını, sistem hesablarının və giriş icazələrinin yaradılmasını təmin etmək;
- Payroll prosesində iştirak etmək, əməkhaqqı hesablamaları üçün zəruri məlumatların hazırlanmasını, yoxlanılmasını və aidiyyəti şöbəyə təqdim edilməsini təmin etmək;
- Məzuniyyət, ezamiyyət, son haqq-hesab, icazə və digər ödənişlərlə bağlı məlumatların düzgün hazırlanmasını təmin etmək;
- İR və Payroll üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- İR üzrə daxil olan sorğuları cavablandırmaq və aidiyyəti şöbələrlə koordinasiyanı təmin etmək.
İş şərtlərimiz:
- Əmək haqqı: müsahibə əsasında;
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Tələblər
- Ali təhsil;
- İnsan Resursları və ya Payroll sahəsində iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər;
- MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
- 1C, Bitrix, ƏMAS, E-sosial və digər dövlət portalları ilə işləmək bacarığı üstünlükdür.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun